ABŞ-nın müdafiə naziri Robert Qeyts, lazım gələrsə, ölkəsinin Əfqanıstandakı kontingentinin sayının artırılması məsələsinə baxmağa hazır olduğunu bildirib. "Güman edirəm ki, biz təşəbbüsü saxlamalı və (Əfqanıstanda - İF) təhlükəsizlik naminə bütün təhdidlərə cavab verməliyik. Əgər yerlərdə komandirlər bunun üçün çox sayda qüvvə lazım olduğunu qərara alarlarsa, o zaman mən prezidentə onlara yardım etməyi tövsiyə edəcəm”, - deyə Pentaqon rəhbəri çərşənbə günü bu ölkəyə səfərini başa vurarkən bəyan edib. O, qüvvələrin sayı barədə verilən sualı cavablandırmasa da bildirib ki, "hər şey hadisələrin gedişatından asılıdır". R.Qeytsin sözlərinə görə Əfqanıstanda uğuru təmin etmək çox vacibdir. "Heç nə etməyərək taliblərin yenidən qruplaşmasına şərait yaratmağa imkan vermək olmaz", - deyə o vurğulayıb.
Pentaqon rəhbəri Kabilda Əfqanıstan prezidenti Həmid Karzayilə, eləcə də ABŞ və NATO hərbi komandanlığı ilə danışıqlar aparıb. O, taliblərin xüsusilə fəal olduğu ölkənin cənubuna səfər etməyə hazırlaşsa da qum qasırğası buna mane olub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət