Birləşmiş Ştatlar hesab edir ki, Rusiya İranın atom proqramı ətrafında böhranın nizamlanmasında səy göstərir.
“Ruslar iranlıları özlərini məsuliyyətli aparmağa inandırmaqla müsbət rol oynadılar”-, deyə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak brifinqdə bəyan edib. O əlavə edib ki, təəssüf ki, iranlılar Rusiyanın məsləhətlərinə məhəl qoymurlar”. Onun sözlərinə görə bu yaxınlarda RF xarici işlər naziri Sergey Lavrovla keçirilən “səmimi danışıqlar” zamanı ABŞ-ın dövlət katibi Kondoliza Rays Rusiyanın İrana yanaşması haqda aydın məlumat alıb.
Amerikalı diplomat qeyd edib ki, İranın atom məsələsi ilə bağlı Rusiyanın mövqeyində dəyişiklik yoxdur. “Biz eyni məqsədi bölüşürük”-, deyə o bildirib və əlavə edib ki, “nə dərəcədə tez və güclü təzyiq göstərmək taktikasında fərq var ki, bunun da öhdəsindən gəlirik”.
Kosovo nizamlanmasına dair Rusiyanın mövqeyi, bunun bu tipli digər, o cümlədən postsovet məkanında mövcud münaqişələrin nizamlanmasına nümunə ola bilməsi barədə sualı cavabıandıran Ş.Makkormak deyib ki, "bizim fikrimizcə Kosovodakı vəziyyət nadir haldır və digər münaqişələr üçün istər Qafqazdakı, istərsə də hər hansı başqa yerlərdəki münaqişələr üçün nümunə ola bilməz”.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət