Azərbaycan bankları aktivlərinin məcmusu 2007-ci ilin yanvar-fevralında 0,9% artaraq bu il martın 1-nə 3 mlrd. 812,1 mln. manat təşkil edib.
Milli bankdan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə bank aktivləri strukturunda müştərilərə verilən kreditlər xüsusi çəkiyə malikdir. Onların payına 2 mlrd. 412,6 mln. manat və ya bankın bütün aktivlərinin 63,3%-i düşür. 2007-ci ilin 2 ayı ərzində belə kreditlərin həcmi 13,3% artıb.
2007-ci martın 1-nə aktivlər strukturunda bankların müxbir hesabları 489 mln. manat (enmə 32,8%), nəqd vəsaitlər 170,4 mln. manat (enmə 20,7%), investisiyalar isə 233,9 mln. manat (artım 1,3%) təşkil edib. Bununla yanaşı, aktivlər strukturunda maliyyə strukturuna yatırılan kreditlər və depozitlər 146,1 mln. manat (enmə 3,5%), digər aktivlər isə 360,1 mln. manat (artım 10,9%) təşkil edib.
Bu il martın 1-nə passivlər strukturunda bankların öhdəçilikləri 3 mlrd. 159,9 mln. manata və ya bütün passivlərin 82,9%-nə bərabər olub və 2007-ci ilin yanvar-fevralında onların həcmi 0,5% azalıb.
Öhdəçiliklər sırasında həcmi 2 mlrd. 207,3 mln. manata (enmə 1, 15%) bərabər olan depozitlər xüsusi çəkiyə malik olub. Bu məbləğdən 1 mlrd. 272,7 mln. manat xarici valyutada, 792,4 mln. manat mili valyutada olan depozitlərin, yerdə qalanı isə hökumətin payına düşür. Banklara fiziki şəxslər tərəfindən 944,6 mln. manat qoyulub ki, bu da 2007-ci il yanvarın 1-nə olan göstəricidən 15,2% çoxdur.
Bankların öhdəçilikləri strukturunda 695,6 mln. manat (enmə 5,5%) maliyyə sektorundan əldə olunan kreditlərin və depozitlərin payına düşüb, digər öhdəçiliklər isə 257 mln. manat (artım 25,1%) təşkil edib.
Bu ilin yanvar-fevral aylarını 7 bank (balans nəticələri yekun məlumatda nəzərə alınmayan bir bankı çıxmaq şərtilə) 6,77 mln. manatlıq itki ilə başa vurub. Bununla yanaşı, ölkədə itki ilə işləyən bankların sayında dəyişiklik olmayıb, itkilərin sayı isə 8 dəfə artıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar»ın əsas tərəfdaşlığı ilə «Balloon Festival» keçirildi
Bakcell-in dəstəyi ilə «Google AI Hackathon» baş tutub
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət