Respublikanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Brüsselə işgüzar səfərlə yola düşür. Bu barədə «İnterfaks-Azərbaycan» agentliyinə XİN-nin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim məlumat verib. Bu səfərdən məqsəd mayın 2-də Şimali Atlantika Şurasının iclasında və “26+1” formatında keçiriləcək məsləhətləşmələrdə iştirak etməkdir. Həmin məsləhətləşmələrin gedişində alyansla Azərbaycan arasında əməkdaşlığın bütün istiqamətləri müzakirə olunacaq. Eləcə də NATO-nun mənzil-qərərgahında alyansın baş katibi Yaap de Hoop Sxeffer və baş katibin müavini, alyansın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsla görüşü planlaşdırılıb.
Elə həmin gün azərbaycanlı nazir Avropa Birliyinin mənzil qərargahında olacaq və orada təşkilatın xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Havyer Solana və beynəlxalq əlaqələr və Birliyin genişləndirilməsi üzrə komissar Benita Ferrero Valdnerlə görüşəcək.
Həmin gün E.Məmmədyarov Brüsseldən Mərakeşə yola düşəcək. Bu səfərin rəsmi hissəsi mayın 3-də başlanır. Azərbaycanın xarici işlər nazirinin mərakeşli həmkarı Məhəmməd Benais, parlamentin yuxarı palatasının spikeri Mustafa Ukaçla görüşləri olacaq. O, ISESCO-nun 25 illiyinə həsr olunan təntənələrdə iştirak edəcək və bu strukturun baş direktoru Əbdül Əziz ibn Osman əl-Tuacri ilə görüşəcək. Eləcə də E.Məmmədyarov energetika və təbii ehtiyatlar naziri Məhəmməd Butalib və baş nazir İdris Cenutla da danışıqlar aparacaq.
Səfər çərçivəsində azərbaycanlı nazirin Mərakeşin Fəs və Kasablanka şəhərlərinə səfər edəcəyi planlaşdırılıb. Burada o, Ticarətin inkişafının İslam Mərkəzinə baş çəkəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət