Cümə axşamına keçən gecə Parisdə sağ qüvvələrin təmsilçisi Nikola Sarkozinin Fransa prezidenti seçilməsinə qarşı yeni etiraz yürüşü keçirilib.
Aksiya öncə olduğu kimi zorakılıq və vandalizm aktları ilə müşayiət olunmayıb. Əsasən solçuları təmsil edən 300-ə yaxın nümayişçi paytaxtın Latın məhəlləsinin küçələrini dolaşıb.
Eyni zamanda, Sorbonna Universitetinin bir qrup tələbəsi N.Sarkozinin prezident seçilməsinə etiraz olaraq universitetdəki oratqlardan birini zəbt etmək istəyiblər. Tələbələr seçkiqabağı kampaniya zamanı Sarkozinin açıqladığı ali məktəblərdə islahatlara dair plana qarşı etirazlarını bildiriblər. Tələbələrin cümə axşamı Paris universitetlərinin birində və Tuluza Universitetində toplaşacaqları gözlənilir.
Prezident seçkilərinin nəticələri elan olunduqdan sonra baş verən əvvəlki yürüşlər zamanı dəyən zərərin həcmi cümə axşamı açıqlanıb. Polis müəyyən edib ki, etiraz aksiyaları zamanı 1,4 min avtomobil yandırılıb.
Fransa məhkəmələri iğtişaşlar zamanı polis tərəfindən saxlanılan şəxslərin işlərinə baxıb. Paris, Bordo, Tuluza və başqa şəhərlərdə bir cox vətəndaşlara cərimə çəzaları kəsilib, bir neçə insan bir aydan dörd aya kimi həbs cəzasına məhkum edilib. Müttəhimlərin bəziləri buraxılıb, bir sıra işlər üzrə dinləmələr təxirə salınıb.
N.Sarkozi isə Malta sahillərində şəxsi yaxtasında iki gün yarımlıq istirahətdən sonra cümə axşamı gecə Fransaya qayıdıb. O, Parisə dostu, iri sahibkar Vensana Bollorenin (şəxsi sərvətinə görə Fransada 13-cü adamdır) şəxsi təyyarəsində gəlib. Qeyd edək ki, V.Bollore yeni seçilmiş prezidenti qonaq dəvət etmişdi.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət