Azərbaycanlı gimnast Zeynəb Cavadlı Bolqarıstanda keçirilən beynəlxalq turnirdə çoxnövlülük üzrə bürünc mükafata layiq görülüb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə o, ayrı-ayrı növlər üzrə finallarda çıxış edib və lentlə çıxışına görə “gümüş” mükafat qazanıb. Zeynəb ip və toppuzla çıxışının nəticələrinə görə 3-cü yerin bir addımlığında dayanıb, çənbərlə çıxışına görə isə 6-cı olub.
Yarışın təşkilatçıları onu yenə də “Miss zərif” elan ediblər. Məlumata görə, 2007-ci il Avropa çempionatına qədər gimnast iyunun ortalarında keçiriləcək İtaliya turnirinə qatılacaq.
Federasiyadan bildiriblər ki, digər azərbaycanlı gimnastların 3 həftədən sonra keçiriləcək Avropa çempionatına hazırlığı başa çatıb. İyunun 8-9-da İsrailin Xolon şəhərində Qran-Prinin növbəti mərhələsi keçiriləcək. Burada Aliyə Qarayeva, Anna Qurbanova və Dinara Gimatova iştirak edəcəklər.
Həmçinin beynəlxalq turnirdə Azərbaycanın qrup tapşırıqları üzrə yunior komandaları iştirak edəcək. Lisenziyalı dünya çempionatına hazırlaşan yaşlılardan ibarət qrup kollektivi isə iyunun 9-10-da Dünya Kuboku oyunlarının keçiriləcəyi Genuyaya yola düşəcək. Komanda İtaliya turnirindən qabaq dünya reytinqində mövqeyini yaxşılaşdıraraq qarışıq tapşırıqlar üzrə 1 pillə yüksəlib və 23.17 xalla 12-ci yerdə qərarlaşıb. Yığma 5 eyni alətlə 9-cu mövqeni qoruyub saxlayır (42.3 xal).
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət