ATƏT-in hazırkı sədri, İspaniyanın xarici işlər naziri Anxel Moratinos Rusiyanı ölkə sərhədlərində yerləşdirilən raket əleyhinə müdafiə (RƏM) sistemləri ilə bağlı bütün problemləri danışıqlar stolu arxasında həll etməyə çağırıb.
“ATƏT-ın hazırkı həmsədri olduğum üçün mən həmişə demişəm ki, biz ailə ab-havasını yenidən elə canlandırmalıyıq ki, bütün siyasi, iqtisadi, hərbi, ekoloji və digər məsələlər dialoq və qarşılıqlı anlaşma şəraitində müzakirə olunsun”,-deyə M.A.Moratinos bazar ertəsi Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşünün yekunlarına həsr olunmuş brifinqdə bəyan edib. ATƏT sədri xatırladıb ki, bu yaxınlarda keçirilən NATO-Rusiya görüşündə belə fikir irəli sürülüb ki, iki Şərqi Avropa ölkəsində raket əleyhinə sipərin qurulmasına dair təklif danışıqlar çərçivəsində müzakirə olunsun. “Eyni müraciəti Rusiya prezidenti cənab Putinə də etmək lazımdır ki, belə mühüm məsələlər dialoq və qarşılıqlı anlaşma çərçivəsində danışıqlar stolu arxasında həll olunsun”,-deyə M.A.Moratinos vurğulayıb.
“Məhz həmin danışıqlar çərçivəsində qarşılıqlı inam əsasında bütün hərbi məsələlər barədə danışmaq olar və bu, çox vacibdir. ATƏT – qarşılıqlı anlaşma və dialoq ab-havasının yaradılması üçün çərçivədir. ATƏT-in hazırkı həmsədri kimi mənim vəzifəm də elə atmosfer yaratmaqdır ki, Avropada təhlükəsizlik və əməkdaşlıq günü-gündən möhkəmlənsin, heç kəs heç bir halda zərər çəkməsin”,-deyə ATƏT sədri vurğulayıb.
Bu günlərdə RF prezidenti “Səkkizlər qrupu”na üzvü olan ölkələrin mətbu orqanlarının jurnalistlərinə müsahibəsində bildirib ki, ABŞ-ın strateji nüvə potensialının bir hissəsi Avropa qitəsində yerləşdirilərsə və Rusiyanı hədələyərsə, Rusiya raketləri üçün Avropada yeni hədəflər meydana gələcək.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət