Azərbaycan hökuməti Avropa Yenidənqurma və İnkişaf Bankını (AYİB) “Aqrarkredit” kredit təşkilatının (AKT) potensial səhmdarı kimi qiymətləndirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Aqrarkredit”in idarə heyətinin sədr müavini Yusif Vəliyev məlumat verib.
Onun sözlərinə görə, Maliyyə Nazirliyi “Aqrarkredit”in banka çevrilməsi və paralel olaraq bu prosesin bir neçə variantının nəzərdən küçirilməsi ilə bağlı artıq təkliflə Nazirlər Kabinetinə müraciət edib.
«Variantlardan biri transformasiyanın xarici sərmayədarın “Aqrarkredit”in kapitalına qismən daxil olmasından əvvəl və ya sonra baş verməsini nəzərdə tutur. Avropa Yenidənqurma və İnkişaf Bankını potensial səhmdarlardan biri kimi qiymətləndirilir», - deyə Y.Vəliyev bildirib.
İdarə heyətinin sədr müavini İqtisadi İnkişaf Nazirliyinin (İİN) AKT-nın banka çevrilməsinə müsbət rəy verdiyini qeyd edib. «Təklif Ədliyyə Nazirliyi tərəfindən də dəstəklənib. Milli Bank transformasiyanı ilkin olaraq təsdiqləyib və onun keçirilməsinin mərhələli sxemini təqdim edib»,- deyə Y.Vəliyev qeyd edib.
Onun sözlərinə görə, “Aqrarkredit”in banka çevrilməsi barədə qərarın təxminən bu ilin oktyabrında çıxarılacağı gözlənilir.
«Hazırda KPMG auditor şirkəti “Aqrarkredit”in ilk beynəlxalq auditini həyata keçirir. Audit iyulun sonlarında başa çatacaq», - deyə o əlavə edir.
Y.Vəliyev auditin Azərbaycan hökuməti tərəfindən “Aqrarkrdit”in tamdəyərli kommersiya bankına çevrilməsi barədə qərarın qəbul edilməsinin ilkin şərti olduğunu bildirib.
«Hazırda təşkilatın nizamnamə kapitalı Milli Bank tərəfindən yenidən yaradılan kredit təşkilatına görə tələb etdiyi 10 mln manat olmaqla minimal məbləği üstələyir və 11,394 mln manat təşkil edir», - deyə o əlavə edib. Lakin o AST-nın səhmdarlarının artıq təşkilatın kapitallaşdırılması barədə qərar qəbul etdiklərini söyləyib.
«Aqrarkredit» AKT ölkədə ən iri qeyri-kredit təşkilatıdır. O fəaliyyət göstərmək üçün 2003-cü il dekabrın 30-da lisenziya alıb. QBKT “Aqrar-kredit Fondu” QSC ilə “Aqrarkredit” QBKT-nını birləşməsi nəticəsində yaranıb. Yeni təşkilatın nizamnamə kapitalı 11,4 mln. manata bərabərdir. Onun təsisçiləri Maliyyə, Kənd Təsərrüfatı nazirlikləri, Nazirlər Kabineti yanında Meliorasiya və Su təsərrüfatı üzrə Komitə, “Azərsığorta” dövlət kommersiya şirkəti, eləcə də Nazirlər Kabineti yanında kənd təsərrüfatında özəl sektorun inkişafına yardım göstərilməsi üzrə Agentlikdir. İki təşkilatın birləşməsi Nazirlər Kabinetinin qərarına əsasən həyata keçirilib. Həmin qərar görə İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə kənd təsərrüfatınmın inkişafına yardım məqsədilə müvafiq tədbirlərin görülməsi tapşırılıb.
«Aqrarkredit» Azərbaycanın regionlarında 12 filiala və 5 nümayəndəliyə malikdir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət