Azərbaycan bu ilin sonunadək ilk hərbi məhsulunun istehsalına başlayacaq. Bu barədə prezident İlham Əliyev cümə günü Ali Hərbi Məktəbin zabitlərinin təntənəli buraxılış mərasimində bildirib.
«Azərbaycanda hərbi inkişaf sürətli templə gedir. Ordu daima möhkəmlənir və o, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirə bilər. Ordunun hərbi-texniki təminatına böyük diqqət ayrılır», - deyə İ.Əliyev bildirib. O qeyd edib ki, Qarabağ münaqişəsinin hələlik nizamlanmadığı şəraitdə dövlət büdcəsinin xərclərinin əksəriyyətini hərbi xərclərin təşkil etməsi tamamilə təbiidir. «Dörd il ərzində Azərbaycanın hərbi büdcəsi 8 dəfə artaraq $1 mlrd.-a çatıb. Azərbaycanda hərbi texnikanın istehsalı üçün çox işlər görülüb. Müdafiə Sənayesi Nazirliyi də məhz bu məqsədlə yaradılıb. Bununla yanaşı, biz xaricdən silah alırıq və almaqda davam edəcəyik. Halbuki Azərbaycanın özünün də hərbi texnika istehsal etmək imkanı var. Əminəm ki, bu ilin sonuna kimi biz artıq müdafiə sahəsində ilk hərbi məhsulun buraxılışına başlayacağıq», - deyə prezident bəyan edib.
Azərbaycanın dinamik və sürətli inkişafını, eləcə də regional qüvvəyə çevrildiyini qeyd edən ölkə rəhbəri ölkə qarşısında duran yeganə problemin Qarabağ münaqişəsi olduğunu bildirib. «Danışıqlar (nizamlanma üzrə – İF-Az.) artıq bir necə ildir ki, davam edir. Lakin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələlik heç bir nəticə əldə olunmayıb. Azərbaycan heç vaxt, nə bu gün, nə də gələcəkdə Dağlıq Qarabağın ayrılması və ya onun Ermənistanla birləşdirilməsinə razılıq verməyəcək. Ermənistanda bunu nə qədər tez başa düşsələr, bu, onların özləri üçün bir o qədər yaxşıdır», - deyə İ.Əliyev qeyd edib. Onun sözlərinə görə Ermənistan Qarabağ münaqişəsinin nizamlanması prosesini süni şəkildə uzatmaqda davam edir. «Bunun ayrı-ayrı erməni siyasətçilərinin karyera maraqlarına cavab verməsi mümkündür, lakin Ermənistanın özünün maraqlarına ziddir», - deyə prezident bildirib. O, Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində bu respublikanın özü-özünü bütün regioanl layihələrdən təcrid etdiyini söyləyib. «Bu ölkənin iqtisadiyyatının gələcəyi yoxdur, halbuki Azərbaycan iqtisadi planda onu 7 dəfə üstələyir», -deyə prezident qeyd edib. «Bizdə olan məlumatlara görə onlar hətta təmas xəttində (Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin –İF-Az.) canlı qüvvə qıtlığı hiss edirlər. Bu, bizim uğurlarımızın yalnız ilkin mərhələsidir. Baxın görün, bir neçə ildən sonra nə olacaq», - deyə prezident qeyd edib. «Biz bütün istiqamətlərdə - siyasi, diplomatik, iqtisadi və təşviqat sahələrində hücuma keçməliyik. Biz heç vaxt Qarabağın Azərbaycandan zorla alınması ilə barışmayacağıq. Biz münaqişənin hərbi yolla həllini istəmirik, lakin buna hazır olmalıyıq. Danışıqlar prosesi əbədi davam edə bilməz. Ermənistan rəhbərliyi siyasi iradəsini toplamalı və ona məxsus olmayan torpaqları azad etməlidir. Yalnız bundan sonra sülhə nail olmaq olar. Lakin hələlik bu, yoxdur», - deyə İ.Əliyev bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət