Fransanın xarici işlər naziri Bernar Kuşner bəyan edib ki, dünya İranın nüvə ambisiyaları nəticəsində yarana biləcək müharibəyə hazırlaşmalıdır. Bu barədə Britaniyanın BBC şirkəti məlumat verib.
“Biz baş verə biləcək ən pis hadisəyə hazır olmalıyıq, ən pis hadisə isə müharibədir”,- deyə Kuşner Fransanın TV və radiosuna verdiyi müsahibədə bildirib.
B.Kuşnerin sözlərinə görə, İranla onun nüvə proqramı ilə bağlı aparılan danışıqlar “sona qədər” davam etdirilməlidir. Lakin əgər Tehran nüvə silahı yaratsa, o, “bütün dünya üçün real təhlükə” daşıyacaq.
İran nüvə silahı yaratmaq niyyətində olmadığını bəyan edir, lakin eyni zamanda uranın zənginləşdirilməsi layihəsilə bağlı işləri davam etdirir.
B.Kuşner qeyd edib ki, Fransa hökuməti bir sıra iri Fransa şirkətlərinə İranla heç bir iş birliyi yaratmamaları ilə bağlı müraciət edib.
“Biz Fransa şirkətlərinin ərizə təqdim etmələrinə qadağa qoymuruq,- deyə B. Kuşner bildirib,- lakin biz onlara bunu etməməyi məsləhət görürük”.
XİN rəhbərinin sözlərinə görə, Fransa Avropa İttifaqının İrana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşmasını istəyir.
“Biz BMT sanksiyalarına əlavə olaraq, yekun sanksiya paketi hazırlamaq qərarına gəlmişik, hələlik biz danışıqlar aparırıq”,- deyə B. Kuşner bildirib.
Xatırladaq ki, BMT İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib, lakin Tehrana qarşı hərbi əməliyyatlara başlamağa icazə verməyib.
Bu arada ABŞ İrana nüvə silahı yaratmaq imkanı verməmək məqsədilə, ona qarşı hərbi əməliyyatların başlana biləcəyini istisna etməyib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət