“Baykonur” kosmodromunda “Baykonur – Antiterror- 2007” təlimləri başa çatıb.
“İnterfaks” agentliyinin müxbirinin verdiyi məlumata görə, Rusiyanın Qazaxıstandan 2050-ci ilədək icarəyə götürdüyü “Baykonur” kompleksinin ərazisində oksigen- azot zavodunda Milli Antiterror Komitəsi (MAK) və Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən təşkil olunan terrorla mübarizə təlimlərinin yekun mərhələsi keçirilib.
Təlimin ssenarisinə əsasən, terrorçular zavoddakı binaların birində girov götürüblər.
Operativ qərargah terrorçuları girovları azad etmələri üçün dilə tuta bilməyib. Terrorçular özlərini aqressiv aparmağa başlayaraq, girov götürdükləri insanları öldürməklə hədələyiblər.
Bununla əlaqədar olaraq, operativ qərargah tərəfindən girovların azad edilməsi və terrorçuların neytrallaşdırılması ilə bağlı xüsusi əməliyyatın keçirilməsi qərara alınıb. Rusiya FTX-nin xüsusi təyinatlılarının cəlb olunduğu güc əməliyyatı təyyarələrdən istifadə olunmaqla həyata keçirilib. Təyyarədən binanın alınması üçün xüsusi təchizatlarla silahlanmış desant dəstələri bina ərazisinə atılıb.
Xüsusi əməliyyatlar çətin hava şəraitində keçirilib, küləyin gücü saniyədə 7-9 metrə çatıb. Buna baxmayaraq, xüsusi bölmənin əməkdaşları girovların azad edilməsi və terrorçuların neytrallaşdırılması ilə bağlı xüsusi əməliyyatı həyata keçirə biliblər. Xüsusi əməliyyat nəticəsində yeddi şərti terrorçu qətlə yetirilib, üçü tutulub, bütün girovlar isə azad edilib. Girovlardan heç kim xəsarət almayıb.
Təlimləri Qazaxıstan hökumətinin başçısı, MAK-nin rəhbəri Vladimir Bulavin, MDB-nin Terrorla Mübarizə Mərkəzinin rəhbəri Andrey Novikov, həmçinin MDB ölkələrinin xüsusi xidmət və hüquq-mühafizə orqanlarının nümayəndələri müşahidə ediblər.
Əməliyyat qərargahından verilən məlumata görə, sentyabrın əvvəlindən təlimlərin birinci mərhələsi üç ölkənin - Belarus, Qazaxıstan və Rusiyanın ərazisində keçirilib. Onun keçirilməsi zamanı terror aktlarının hazırlanmasında şübhəli bilinən şəxslərə münasibətdə operativ-axtarış tədbirlərinin həyata keçirilməsinin təşkil olunması məsələləri razılaşdırılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət