Azərbaycanın Nazirlər Kabineti mənzil tikintisilə məşğul olan hüquqi və fiziki şəxslərdən sadələşdirilmiş verginin alınması şərtlərini təsdiqləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
“Qəbul olunmuş qərara görə, Bakının bütün ərazisi 12 zonaya ayrılıb. Zonalardan asılı olaraq baza vergisinə əmsallar tətbiq olunacaq ki, onların da əsasında verginin məbləği müəyyənləşəcək. Bakıda əmsallar 0,8-dən 5-dək dəyişəcək”,- deyə Nazirlər Kabinetinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hökumətin qərarına görə, mənzil tikintisilə məşğul olan şirkətlər və şəxslər üçün Xırdalan, Sumqayıt və Gəncədə 1,8 əmsal tətbiq olunacaq. Xankəndi, Əli-Bayramlı, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan, Şamaxı, Qazax, Səlyan, Quba, Xaçmaz, Zaqatala, Cəlilabad və Göyçayın əmsalı 0,8 təşkil edəcək, digər şəhərlər və rayonların əmsalı isə 0,5 olacaq.
Bu cür sistem üzrə vergi tikintisi 2007-ci ildə başlayan yaşayış evlərinə görə ödəniləcək.
Xəbər verildiyi kimi, Azərbaycan 2007-ci il yanvarın 1-dən mənzil tikintisi ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün vergi qoyma sistemini dəyişib. Yeni qaydalara uyğun olaraq, baza vergisi tikilən yaşayış evinin hər kv metrinə 10 manat səviyyəsində müəyyən edilib. Yaşayış evinin yerləşdiyi ərazidən asılı olaraq, əmsallar tətbiq olunacaq ki, onların da əsasında vergilər hesablanacaq.
Şərtlərə görə, mənzil tikintisi ilə məşğul olan şəxslər tikintiyə başladıqları 24 ay ərzində vergi ödəməli olacaqlar. Bununla yanaşı, vergi ödəmələri hər rüb eyni məbləğldə həyata keçirilməlidir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət