Avropa Birliyinə üzv olan 27 ölkənin rəhbər və hökumətləri cümə günü səhər Lissabonda keçirilən sammitdə yeddi saat davam edən gərgin müzakirələrdən sonra fikir ayrılığına son qoyaraq AB-nin konstitusiya sazişi layihəsini bəyəniblər.
“Avropa bu razılığı əldə etməklə böhrandan çıxıb”,- deyə AB-yə sədrlik edən Portuqaliyanın baş naziri Joze Sokrateş bildirib.
Avropa Birliyi ölkələrinin liderləri sazişə qarşı çıxaraq ona veto qoyacaqları ilə hədələyən İtaliya və Polşa ilə kompromis əldə edə biliblər.
Layihə əsasən Avropa parlamentində İtaliyadan olan deputatların sayının azalmasını nəzərdə tuturdu. Buna əsasən italiyalı parlamentarilər Fransa və Böyük Britaniyadan fərqli olaraq azlıqda ola bilərdilər. Lakin AB üzrə həmkarları italyalı baş nazir Romano Prodinin sözünü yerə salmayaraq Avropa Parlamentində İtaliyaya əlavə yerlər təqdim ediblər. Nəticədə İtaliya AB-də Böyük Britaniya ilə birlikdə paritet təmsilçiliyini saxlayacaq və yalnız Fransadan fərqli olaraq bir yer az yerə malik olacaq.
Polşaya gəlincə, o, bu və ya digər qərarın qəbulunun əleyhinə olan, lakin azlıqda qalan ölkələrin qəbul olunan qərarı “dondurmaq” hüququna malik olmasında israr edirdi. Nəticədə uzun sürən müzakirələrdən sonra Varşava öz istədiyinə çatıb və müvafiq vəziyyət sazişin mətninə daxil edilib.
“Polşa istədiyinə çatdı. Mən, bu işlərin arxada qalmasından xoşbəxtəm”,- deyə prezident Lex Kaçinski saziş əldə olunduqdan sonra bəyan edib.
Lissabon razılaşması adını alan sənədi Avropa Birliyi ölkələrinin rəhbərləri formal olaraq dekabrın 13-də imzalayacaqlar. Bu barədə J. Sokrateş məlumat verib.
Sənəd bütün iştirakçı ölkələr tərəfindən ratifikasiya edildikdən sonra 2009-cu ildə qüvvəyə minərək 2005-ci ildə Fransa və Hoollandiya vətəndaşları tərəfindən rədd edilən Avropa Konstitusiyasını əvəz etməlidir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət