Operativ məlumatlara görə, Azərbaycanın siğorta şirkətlərinin tədiyyələri 2007-ci ilin yanvar-sentyabr aylarında ötən ilin analoji göstəricisi ilə müqayisədə 58,1% artaraq 101,42 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə sığortanın könüllü növü üzrə tədiyyələr 87,19 mln. manat (46,4% artım) təşkil edib. Bununla yanaşı, həyat sığortası üzrə ödəmələr 2007-ci ilin 9 ayı ərzində 0,53 mln. manat (2,1 dəfə artım), qeyri-həyat sığortası üzrə ödəmələr isə 86,66 mln. manat (46,2% artım) təşkil edib.
Sığortanın icbari növü üzrə tədiyyələrin həcmi cari ilin yanvar- sentyabr aylarında 14,23 mln. manat (3,1 dəfə artım) təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, hesabat dövründə sığortanın könüllü növü üzrə tədiyyələr strukturunda ən çox ödəniş nəqliyyat vasitələrinin sığortalanması sahəsində (25 mln. 134,68 min manat) əldə olunub, yanğın və digər əlavə risklərdən sığortalanmaya 13 mln. 148,06 min, tibbi sığortaya 9 mln. 899,38 min, hava nəqliyyatı sığortasına görə isə 7 mln. 359,3 min manat ödənilib.
Bundan əlavə, hesabat dövründə sığortanın digər növləri üzrə 17 mln. 193,9 min manat məbləğində tədiyyə əldə olunub.
Tədiyyələrin qalan həcmi könüllü və icbari sığortanın digər növlərinin payına düşüb.
2007-ci ilin 9 ayı ərzində sığortaçılar 24,2 mln. manat məbləğində ödənişlər həyata keçiriblər ki, bu da ötən ilin analoji dövrünün göstəricilərindən 34,6% azdır.
Hesabat dövründə sığortanın könüllü növü üzrə ödənişlər 19,41 mln. manat (44,8% azalma) təşkil edib. Bununla yanaşı, 2007-ci ilin yanvar-sentyabr aylarında həyat sığortası üzrə 0,15 mln. manat (50% artım), qeyri-həyat sığortası üzrə isə 19,26 mln. manat (45% azalma) məbləğində ödənişlər həyata keçirilib.
2007-ci ilin yanvar-sentyabr aylarında sığortanın icbari növü üzrə ödənişlərin həcmi 4,79 mln. manat (2,15 dəfə artım) təşkil edib.
Yanvar-sentyabr aylarında sığortaçılar tərəfindən ən çox ödənişlər (7 mln. 343,9 min manat) nəqliyyat vasitələrinin könüllü sığortalanması üzrə həyata keçirilib, tibbi sığorta üzrə 5 mln. 111,91 min, əmlakın yanğından və digər əlavə risklərdən sığortalanması üzrə 2 mln. 463,49 min, bədbəxt hadisələrdən sığorta üzrə isə 3 mln. 086,27 min manat həcmində ödənişlər aparılıb.
Ödənişlərin qalan həcmi könüllü və icbari sığortanın digər növlərinin payına düşüb.Yanvar-sentyabr aylarında Azərbaycanda 29 sığorta şirkəti fəaliyyət göstərib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət