Səməd Vurğun adına Rus Dram Teatrının aktrisası Aleksandra Nikuşina paytaxt səhnəsində 20 ildən artıqdır ki, çalışır. O, Bakıda aktyor ailəsində doğulub. Rostov İncəsənət Мəktəbini (M.Vaxovskinin sinfini) bitirib. Xoreoqrafiya təhsili alıb. Teatrda oynanılan bir çox tamaşalara, o cümlədən M.F.Axundovun “Lənkəran xanının vəziri”, N.Ostrovskinin “Gözəl kişi”, Şekspirin “Necə istəsəniz”, Lope de Veqanın “Hiyləgər aşiq” tamaşalarına, həmçinin uşaqlar üçün səhnələşdirilmiş nağıllara yazılmış şerlərin müəllifidir. Uşaqlar, daha doğrusu, uşaqlarla iş onun həyatında xüsusi yer tutur. O, rus məktəblərinin kiçik və yuxarı sinif şagirdlərinin iştirakı ilə çoxlu teatrlaşdırılmış bayramlar təşkil edib. 2000-ci ildə Azərbaycanın əməkdar artisti adını alıb. Aleksandra Nikuşinanın adı “Azərbaycan İncəsənəti” və “20-ci əsrin qadınları” ensiklopediyalarına daxil edilib.
Bu il aktrisanın yubileyidir - 55 yaşı tamam olub. О, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin müsahibə barədə təklifinə məmnuniyyətlə razılaşıb. Material Azərbaycanda rus dili ilinə həsr olunub.
- Məlum olduğu kimi, siz məktəb səhnəsində, bayramlarda göstərilən tamaşalarda iştirak edərək böyük uğurlar qazanan uşaqlarla işləyirsiniz. Bu ideya necə yarandı? Çünki siz Rus Dram Teatrının ən məşğul aktrisalarından birisiniz...
- Mən heç zaman nəyisə öncədən düşünmürəm. Мəni narahat edən işlə məşğulam. Artıq beş ildir ki, məktəblilərlə çalışıram. Bunlar əsasən 160 saylı məktəbin şagirdləridir. Həmçinin 1 və 16 saylı məktəblərdə də Əlifba bayramı və digər tədbirlər təşkil edirəm. Ancaq heç zaman özümü təkrarlamıram. Bu, mənim üçün qanundur: hec zaman təkrarlanmamaq. Heç vaxt eyni ssenarini müxtəlif məktəblərdə həyata keçirmirəm. Hər dəfə yenidən işləyirəm. Hətta mövzu eyni olsa belə, onu mütləq yenidən işləyirəm, başqa cür təfsir edirəm. İlk növbədə özümün yeni ovqata köklənməyim, uşaqlarа təzə nəsə bəxş edə bilməyim üçün. Həmişə uşaqlara fərdi yanaşıram. Çalışıram onları elə hazırlayım ki, ən yaxşı tərəflərini göstərmək mümkün olsun. 16 saylı məktəblə yaxşı iş görmüşük, internat uşaqları üçün bayram təşkil etmişik.
- İldə nə qədər belə tamaşa səhnələşdirə bilirsiniz?
- Son ili nəzərə alsaq, 160 saylı məktəbdə üç Rus dili bayramı keçirilib. Bundan əlavə, məktəb proqramına daxil olan Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyesi əsasında Şərq (Azərbaycan) və rus mədəniyyətinin birləşməsinə həsr olunmuş iki böyük iş həyata keçirilib. Etiraf edək ki, şagirdlərin heç də həmişə əlinə kitab götürüb oxumağa həvəsi olmur. Burada isə uşaqların öz ifasında dahi əsərlərlə əyani tanışlığı baş verir. Biz “Arşın mal alan”, “O olmasın, bu olsun” əsərlərini tamaşaya qoymuşuq, dahi bəstəkar Üzeyir Hacıbəyovun yubileyini qeyd etmişik. Bu il Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyini keçirmişik.
- Uşaqlarla işləmək çətin deyil ki? Axı, sizin pedaqoji təhsiliniz yoxdur...
- Uşaqlarla böyük aktyorlar kimi məşq etmək mümkün deyil. Onları hətta hansısa muəyyən intizama cəlb etmək də çətindir. Həmişə çalışıram ki, tamaşa təkcə baxımlı yox, həm də uşaqların özləri üçün maraqlı olsun. Və düşündüyümuz hər şey bu oyun vasitəsilə alınır. İlk növbədə, rus dilinin bəzi nüansları, onun tarixi dərk edilir. Çünki leksikondan çıxmış arxaizmlər, tarixi sözlər var. Bu və ya digər söz haradan meydana gəlib? Bu mənin üçün də maraqlıdır. Mən çox güclü ədəbiyyat toplayıram. Onların sırasında “Rus adət-ənənələrinin ensiklopediyası” da var. Hətta “12 ay” kimi sadə nağılda da maraqlı nəsə görmək olar. Dastanlarda aylar, məsələn, yanvar, fevral və sаir necə adlandırılıb? Əvvəlcə pyesin ideyаsına skeptik yanaşan uşaqlar sonradan çox razı qalıblar. Oyun vasitəsilə rus dilinin daha dərindən öyrənilməsi baş verir. Məlum ictimai-siyasi hadisələrdən sonra rus dilinin öyrənilməsində və düzgün tələffüzündə müəyyən uçurum yarandı. Uşaqlar, deyək ki, ailədə, ətraf mühitdə, həyətdə tərbiyə olunur, dil vərdişlərini ordan-burdan götürürlər. Ən qorxulusu budur ki, uşaqlar öz valideynlərinin qeyri-dəqiq tələffüzünün təsiri altına düşürlər. Bir dəfə mən belə bir məsələdə - valideynlərindən yanlış tələffüz götürmüş bir uşaqda möhkəm “ilişmişdim”. Axı, Bakı həmişə düzgün tələffüzü ilə tanınıb. Mən çox yerlərdə olmuşam, vaxtilə Rostov-Donda oxumuşam və həmişə müəllimlərdən eşitmişəm ki, ən düzgün tələffüz Sovet İttifaqının iki şəhərində - Bakıda və Leninqraddadır.
Bakıda rus dili mədəniyyəti daha çox inkişaf edib. Məhz mədəniyyəti. Teatrda işlədiyimə görə öz vəzifəmə uyğun olaraq ilk növbədə rus dili mədəniyyətini təbliğ etməliyəm. Bu, mənim, Azərbaycanda doğulmuş, bu ölkənin dilinə və mədəniyyətinə hörmət bəsləyən bir insanın qəlbində dərin kök salıb.
Görəndə ki, doğma dilim korlanır, eybəcər hala salınır, təbii ki, laqeyd qala bilmirəm. Məktəb elə yerdir ki, orada nəyisə düzəltmək, xilas etmək olar.160 saylı məktəb rus dilinə xüsusi hörməti, qaygıkeş münasibətilə fərqlənir. Müəllimlər bu günün tələblərinə cavab verirlər. Mənim vəzifəm isə bеlə düşünürəm ki, uşaqların öyrəndiklərinə sadəcə dərs kimi yanaşmaması işində müəllimlərə yardımçı olmaqdır. Bu, mənim peşəmə uyğundur. Teatr, belə desək, əyləncə institutudur. Bir tərəfdən əylənirik, digər tərəfdən öyrədirik.
Hazırda bir siniflə çox maraqlı layihə hazırlayıram. Onlarla dörd ildir, лап birinci sinifdən çalışıram. Bu uşaqlarda nitq yanlışlığını pedaqoq tədrisin ilk günlərində müəyyən etmişdi. İlk bayram nağıl haqqında, ikincisi isə “Əlifba ilə vida” olub. Sonra, ikinci sinifdə bayram Puşkinin nağıllarına həsr olunmuşdu. Fabula belə idi - Puşkinin nağıl personajları dəyişik düşmüşdülər və hərə öz nağılını axtarırdı. Burada tapmaca da var idi, viktorina, oyun, hərəkət və balaca teatr da. Mən onlarla Psixologiya bayramı da keçirdim. Onlar psixologiya fənni keçirlər. Psixologiyada isə çoxsaylı terminlər var – diqqət, seyretmə, mücərrədlik və sаir. Uşaqlar bunları asanlıqla qavraya bilmirlər. Bütün bunları uşaqlara necə asanlıqla çatdırmaq olar? Mən Psixologiya haqda nağıl yazdım. Yəni, bir var texniki terminlər, bir də вар hisslər. Uşaqlar bütün bunları çox gözəl mənimsədilər, hər şey onların yaddaşında birər-birər həkk olundu.
- Öz müəllif hüquqlarınız, belə desək, müəllif tamaşalarınız ilə bağlı problemlər var?
- Mən müəlliflik çarpışmaları ilə məşğul olmuram. Tamaşaların harada qoyulduğuna nəzarət etmirəm. Hətta belə hallar olub ki, bəzi məktəblər merkantil maraqlar üzündən yaxşı hərəkət etməyiblər, belə deyək, “səssiz-səmirsiz” mənim tamaşalarımdan yararlanıblar. Belə də olub. Mən Artekə gedən nümayəndə heyətinin rəhbərlərindən biri idim. Eldar Mаnsurovla birgə “Dünyanı yaxşılığa doğru dəyişək” mahnısını arteklilərə hədiyyə aparmışdıq. Növbəti il Artekə ekologiya bayramına gedəndə öz şerlərimi eşitdim. Bizim mahnını Rumıniya nümayəndə heyəti ifa edirdi. Bu mahnı Artekin rəsmi himninə çevrildi və indi də Artek haqqında ən yaxşı mahnı onluğuna daxildir. Bir dəfə Ukrayna tərəfi qonorarla bağlı bizə müraciət etdi, mən isə bildirdim ki, hədiyyənin əvəzində pul almırlar. Yəni bir çox mahnı, tapmaca var ki, mən işə qarışmadan bütün dünyaya yayılıb.
- Özünuz uşaqlarda rus dilinin inkişafı ilə bağlı fəaliyyətinizi necə qiymətləndirirsiniz?
- Uşaqlara bayram lazımdır! Mən Koka-Kola bayramını nəzərdə tutmuram, hərçənd bu da lazımdır. Bayramlar elə olmalıdır ki, uşaqların sinirlərini, uşaq fantaziyasını yatmağa qoymasın. Çünki gələcəyin dahiləri, yazıçılar, dramaturqlar, aktyorlar oradan qaynaqlanır. Qoy o, gələcəkdə aktyor olmasın. Ancaq hər halda sadəcə yaradıcı adam olacaq. Bu, darıxdırıcı adam olmayacaq. Biz yaşlaşdıqca uşaqlığımızı unuduruq və maraqsız adamlara çevrilirik. Biz oyunları yaddan çıxarırıq. Xoşbəxtlikdən mənim bəxtim gətirib. Mən aktrisayam. Öz hisslərimi səhnədə büruzə verə bilirəm. Ancaq çox istedadlı adamlar tanıyıram ki, öz işlərinə qapanıblar. Bəzi başqaları kimi, 160 saylı məktəb də bunu başa düşür. Ona görə də bir cox güclü məzunları ilə məşhurdur. Onların ali məktəblərə qəbul zamanı yüksək bal toplaması, müxtəlif müsabiqələrdə ən yüksək göstəricilərə nail olması təsadüfü deyil. Bu uğurlar göydən düşmür, düzgün tərbiyənin məhsuludur. Və bu, məktəbdə hansı şəraitin yaradılmasından asılıdır. Ən əsası əminəm ki, əgər sən öz xalqının tarixini bilmirsənsə, başqasına hörmətlə yanaşa bilməzsən. Mən öz tarixi vətənimlə sərhəd ölkədə yaşayıram və uşaqlarla rus dilinin inkişafı sahəsində etdiklərim bacardığım ən az işdir.
- Məktəblərdən başqa digər obyektlərlə bu istiqamətdə çalışırsınızmı?
- İki il öncə Rus yeparxiyası mənə müraciət edərək Milad Günü üçün bayram ssenarisi yazmağı xahiş etdi. Mən çoxsaylı ədəbiyyata, o cümlədən internetə baş vurdum ki, hər şey bu işıqlı bayrama layiq olsun. Bu, xalqın mənəvi həyatıdır. Mən ədəbiyyat tapdım, ən böyük yazıçıların, müəlliflərin əsərlərinə müracət etdim. Heç nəyi qarışdırmamaq üçün çox ehtiyatlı davranırdım. Axı, biz dinin qadağan olunduğu şəraitdə böyümüşük. Burada isə dinin tarixini, müxtəlif dini ayinləri bilmək lazım idi. Əvvəldən axıra kimi şer üzərində yazılmış, bura mənim öz şerlərim də daxil idi, proqramı, demək olar ki uşaqlar özləri apardılar. Sükut çökmüşdü. Çünki Allahın kəlamları dinlənilirdi. Şairlərin Allaha müraciətləri dinlənilirdi. Tamaşa bitdikdən sоnra arximandrit mənə yaxınlaşaraq qədim rus dilində “könlümüzü oxşadınız” dedi. Bu qiymətdən yüksək nə ola bilər?
- Şer yazan aktrisa kimi öz poetik qabiliyyətinizi necə qiymətləndirirsiniz?
- Bəli, mən şer yazan aktrisayam, səhnədə oynayan şair deyiləm. Mənim üçün sənətim önəmlidir. Mən aktrisa adı üçün narahatam, şer yazmağım məni narahat etmir. Bu adın üstündə əsmirəm. Мən şerləri əsasən ovqat havasına yazmışam. Onlar azacıq da olsa, qəlbimin durumunu anladır. Elə vaxtlar olub ki, konsert qrupu ilə birgə müxtəlif sərhəd zastavalarında olmuşam, sərhədçilərin qarşısında öz şerlərimlə çıxış etmişəm. Əsgərlər sonralar mənə həyəcanlı məktublar yazıblar. Bəlkə ona görə mən yazmağı tərgitmədim ki, şerlərim adamların qəlbində iz qoyur. Yeni gəlmişkən, teatrla razılaşdırılmış layihəmiz var, mənim şerlərimi toplayaraq kitab halında buraxmaq. Ümidvaram ki, bu real olacaq.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət