Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə və Abdulla Gül iki ölkə sahibkarları arasında əlaqələrin canlanmasını vacib sayır. “Biz iki ölkənin biznes strukturları arasında əməkdaşlığın dərinləşməsini istəyirik”, -deyə İ.Əliyev çərşənbə günü Bakıda A.Güllə birgə Azərbaycan-Türkiyə biznes forumunu açarkən bildirib.
“Türkiyə şirkətləri Azərbaycanda ən iri layihələrin reallaşmasında podratçılardır. Hazırda Azərbaycan şirkətlərində də Türkiyəyə vəsait qoymaq imkanları yaranıb. Çünki Türkiyə onlar üçün ən yaxşı bazardır”,-deyə prezident vurğulayıb.
İ.Əliyev deyib ki, ötən gün Bakıda iki prezidentin danışıqlarının yekunlarına əsasən imzalanmış sənəd Azərbaycanla Türkiyə arasında gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edir.
Prezident forum iştirakçılarının nəzərinə çardırıb ki, son üç ildə Azərbaycanda ÜDM iki dəfə artıb, son dörd ildə ölkədə 610 min iş yeri açılıb ki, bunun da 430-u daimidir. “Söhbət qeyri-neft sektorunda yeni müəssisələrdən gedir ki, bizim də məqsədimiz onların inkişafıdır”,-deyə dövlət başçısı qeyd edib.
O deyib ki, ölkə neft sektorundan effektiv istifadəni davam etdirir. Ölkə başçısının sözlərinə görə, gələn il Azərbaycanda neft hasilatı 50 mln. ton, qaz hasilatı isə 16-18 mlrd. kubmetr təşkil edəcək.
“Valyuta ehtiyatlarımız $7 mlrd.-a çatıb, sonrakı illərdə daha böyük templə artacaq”,-deyə o bildirib.
Öz növbəsində A.Gül deyib ki, ilk xarici səfərini Azərbaycana etməsi “Türkiyə və Azərbaycan arasında münasibətlərə, dostluğa xüsusi önəm verməsinin göstəricisidir”.
“Bu səfərə məmur və dövlət xadimlərindən çox özəl şirkətlərin nümayəndələrini gətirmişəm. Biz inkişaf etməliyik, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars layihələrinin reallaşmasındakı müsbət təcrübəni nəzərə alaraq yeni layihələr üzərində işi genişləndirməliyik”,-deyə Türkiyə prezidenti bildirib.
A.Gül Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyətini dəstəklədiyi, onlar üçün yaxşı şərait yaratdığı üçün azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
“Türkiyə hər zaman Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək. Bütün dünya bunu bilməlidir. Biz öz dəstəyimizdə “bir millət–iki dövlət” prinsipinə əsaslanırıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycanla Türkiyə sahibkarları arasında daha böyük layihələrin reallaşmasının şahidi olacağıq”,-deyə A.Gül vurğulayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin məlumatına görə, forumda 200 türk, 250 azərbaycanlı sahibkar iştirak edir.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət