2007-ci ilin noyabrında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta seksiyasında əqdlərin həcmi 158,375 mln. manat və ya $186,873 mln. təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BBVB-nin analitik-informasiya şöbəsindən məlumat verilib.
Ötən ay keçirilmiş 44 ticarət sessiyasında 120 əqd qeydiyyata alınıb. 2007-ci ilin noyabrında BBVB-nin valyuta seksiyasında hərraclar zamanı 25 bank iştirak edib.
"Noyabrda qeydiyyata alınmış əqdlərin həcmi bu il ən yüksək aylıq göstəricidir. 2007-ci ilin yanvar-noyabr aylarının yekunları üzrə birjanın valyuta seksiyasında hərracların həcmi 1,317 mlrd. manata və $1 mlrd. 538 mln-a çatıb ki, bu da 2006-cı ilin analoji dövrü ilə müqayisədə 1,13% çoxdur", - deyə birjadan mənbə bildirib.
Noyabrda milli valyutanın birja məzənnəsi 0,27% - 0,8498 manatdan /$1 0,8475 manata /$1 qədər möhkəmlənib. Nəticədə manatın dollara nisbətdə orta yuxarı məzənnəsi noyabrda 0,8475 manata/$1 bərabər olub. Oktyabrın yekunları üzrə manatın orta yuxarı məzənnəsi 0,8498 manat/$1 təşkil edib.
Son il ərzində milli valyutanın birja məzənnəsi ABŞ-a nisbətdə 2,87% möhkəmlənib.
2007-ci ilin noyabrında birja bazarının aparıcı əməliyyat bankları Azərbaycan Beynəlxalq Bankı (bağlanmış əqdlərin ümumi həcminin 48,25%-i), UniBank (13,51%), Bank Standard (10,47%), Texnikabank (10,03%) və Azərbaycan Sənaye Bankı (3,10%) olub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət