ATƏT Azərbaycan hakimiyyətini jurnalistlərin böhtan və təhqir maddəsi üzrə cəzalandırılmasını ləğv etməyə çağırır. Bu barədə təşkilatın Bakı ofisinin rəhbəri Xose Luis Ansola bildirib.
“ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Azərbaycanda jurnalistlərin böhtan və təhqir ittihamı üzrə həbs olunması ilə bağlı mövqeyimizi bəyan edib və dəfələrlə bu məsələyə dair qanunvericiliyin dəyişdirilməsinə çağırıb”,-deyə X.Ansola bazar günü jurnalistlərə məlumat verib.
O qeyd edib ki, ATƏT öz mövqeyində qalır. Bu mövqe belədir ki, Azərbaycanda jurnalistlərə qarşı sözügedən maddələr üzrə cinayət təqibləri ləğv olunmalıdır.
ATƏT nümayəndəsi həmçinin hüquq-mühafizə orqanları və KİV arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Məqsəd ölkədə hadisələrin daha obyektiv işıqlandırılmasıdır.
“KİV və hüquq mühafizə orqanlarının iştirakı ilə “dəyirmi masa”ların keçirilməsi onlar arasında münasibətlərin yaxşılaşdırılması yolunda addımdır. ATƏT-in Bakı ofisi cəmiyyətdə informasiyanın daha effektli yayılması üçün KİV və polis arasında əməkdaşlığın genişləndirilməsinə dair tədbirlərin keçirilməsində maraqlıdır”,-deyə X.Ansola vurğulayıb.
O həmçinin deyib ki, polis jurnalistlərin təhlükəsizliyi məsələsinə daha ehtiyatlı yanaşmalıdır.
Öz növbəsində hüquq-müdafiəçisi Novella Cəfəroğlu polislə jurnalistlər arasında hörmətə əsaslanan münasibətlərə əməl olunmasının vacibliyini qeyd edib. “Jurnalistlərə qarşı güc tətbiqinə son qoyulmalıdır, KİV nümayəndələri isə peşə etikası normalarına riayət etməlidir”,-deyə N.Cəfəroğlu bildirib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət