2008-ci ildə azərbaycanlı hərbçilər fərdi əməkdaşlıq planı çərçivəsində NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı üzrə 166 tədbirdə iştirak edəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.
“Azərbaycanlı hərbçilər 2008-ci ildə NATO ilə fərdi əməkdaşlıq planı çərçivəsində 166 tədbirdə: kurslarda, seminarlarda, təlim və konfranslarda iştirak edəcək”,- deyə E.Sabiroğlu cümə günü keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, 2007-ci il ərzində hərbçilərimiz NATO ilə əməkdaşlıq planı çərçivəsində 159 təbdirdə iştirak edib.
“NATO ilə əməkdaşlıqda hərbi təlimlər, müdafiə strategiyasının hazırlanması, hərbi doktrina, sülhməramlı qüvvələrin konsepsiyası və maliyyə vəsaitlərinin idarə olunması əsas prioritetlərdəndir”,- deyə o əlavə edib.
NATO standartlarına keçən Azərbaycan ordusuna keçmiş sovet ölkələrindən silah alınması məsələsinə toxunan E. Sabiroğlu bildirib ki, bu məsələdə ən əsası alınan sistemlərin imkanlarıdır.
“Qarışıq silahlanma sistemi NATO-ya üzv ölkələrdə də müşahidə olunur. Hərbi qüvvələrin texniki təchizatı sahəsində biz yalnız ölkənin müdafiə qabiliyyətinin təmin olunması barədə düşünürük. Mövcud maddi-texniki baza isə bunu təmin etməyə imkan verir”,- deyə E. Sabiroğlu bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət