Dekabrın 22-dək Gürcüstanda prezidentliyə namizəd Mixail Saakaşvilinin seçkiqabağı fonduna fiziki şəxslər tərəfindən bir milyon yarım lari (1 milyon dollara yaxın) və hüquqi şəxslər tərəfindən isə 8 milyon lariyə yaxın pul köçürülüb. Bu barədə Gürcüstan Leyboristlər Partiyasının sədri Nestan Kirtadze cümə günü brifinqdə bəyan edib.
Onun məlumatına görə, bu, bütün yerdə qalan namizədlərin seçkiqabağı kampaniyasının büdcəsindən çoxdur.
"Müqayisə üçün deyə bilərik ki,prezidentliyə namizəd, Leyboristlər Partiyasının lideri Şalva Natelaşvilinin seçkiqabağı fondu cəmisi 28 min lariyə bərabərdir", - deyə N.Kirtadze bildirib və prezidentliyə digər namizədlərin də maliyyə vəsaitləırinin tamamilə məhdud olduğunu qeyd edib.
Leyboristlərin nümayəndəsi onu da bildirib ki, M.Saakaşvilinin fonduna orta hesabla 30 min lari vəsait köçürən fiziki şəxslərin maliyyə vəziyyətlərinin yoxlanılması nəticəsində əslində həmin şəxslərin bu qədər vəsaiti köçürmək imkanlarının olmadığı müəyyən edilib.
"Biz hesab edirik ki, Saakaşvili üçün pul köçürən bütün fiziki şəxslər yalnız maliyyə sənədləri altından yalandan öz imzalarını qoyublar", - deyə N.Kirtadze bildirib.
"Seçkiqabağı mübarizədə bu qədər qeyri-bərabər imkanlara baxmayaraq, seçicilər seçkilərdə Saakaşvilini deyil, Natelaşvilini dəstəkləyəcəklər", - deyə Leyboristlər partiyasının nümayəndəsi bildirib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət