Azərbaycanla NATO arasında inteqrasiyanın səviyyəsi tərəfdaşlıqdan Avroatlantikada sabitliyin və təhlükəsizliyin təminatı formatına keçib. Bu barədə respublika XİN-dən bildirilib.
“Azərbaycan Avroatlantika məkanına, iqtisadi qurumlara inteqrasiyaya sadiqdir. Biz alyansın genişlənməsini çox yüksək qiymətləndiririk, bunu Avroatlantika məkanında sabitliyin təminatının inkişafına yardım üçün əsas amillərdən biri hesab edirik”,-deyə XİN planlaşdırma və xarici siyasətin öyrənilməsi şöbəsinin müdiri Tofiq Musayev cümə axşamı Bakıda NATO Parlamanet Assambleyasının 68-ci “Rose–Roth” seminarında çıxısında bildirib.
Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın mövqeyindən danışan XİN nümayəndəsi deyib ki, ölkənin ərazi bütövlüyünün təminatı xarici siyasi strategiya sayılır. “Bizim dövlətin strategiyası ondan ibarətdir ki, işğal olunmuş bütün ərazilər azad edilməli, zorla köçürülmüş, qovulmuş insanlar öz ərazilərinə qayıtmalıdırlar”,-deyə T.Musayev qeyd edib.
XİN təmsilçisi rəsmi Bakının Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının əsasını təşkil etməli olduğunu hesab etdiyi beş elementi açıqlayıb. “Biz başa düşməliyik ki, ümumi əsasa malik olmalıyıq, əsasən bilməliyik ki, münaqişlələr dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdırlar. Nəzərdən keçirdiyimiz digər prinsip isə budur ki, işğal olunmuş ərazilərdə hərbi iştirak tam aradan qaldırılmalı, Dağlıq Qarabağda demokratik vəziyyət münaqişə başlamazdan öncə mövcud olan proporsiya üzrə bərpa olunmalıdır. Həmçinin Qarabağda Azərbaycanın mərkəzi hakimiyyəti bərpa olunmalıdır. Qarabağ regionu Azərbaycan ərazisinin tərkib hissəsi olaraq qalmalıdır. Digər mühüm element isə regionun reabilitasiyası, onun iqtisadi inkişafıdır. Beşinci element humanitar sahədə iki icmanın, həm Azərbaycan, həm də erməni icmalarının əməkdaşlığını nəzərdə tutur”,-deyə T.Musayev vurğulayıb.
O bildirib ki, Bakı “başa düşür ki, danışıqlar prosesində sıçrayışın əldə olunmasına ümid çox azdır”. Ermənistan hər vəchlə status-kvo-nu daha da möhkəmləndirməyə və vəziyyəti gərginləşdirməyə çalışır. Odur ki, XİN nümayəndəsinin fikrincə, beynəlxalq təşkilatlar regionda sabitliyə və davamlı sülhə nail olunması üzərində çalışmalıdırlar. “Ermənistan öz qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir”,-deyə T.Musayev bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət