Ermənistan prezidenti Serj Sarkisyan tezliklə Dağlıq Qarabağın müstəqilliyinin tanınması mümkünlüyünü təkzib edib.
"Yaxın gələcəkdə bu planlaşdırılmır", - deyə o, İrəvan İqtisad Universitetinin tələbələrilə görüşdə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb.
Kosovo ətrafında vəziyyətdən danışan prezident vurğulayıb ki, hüquqi nöqteyi-nəzərdən Qarabağ problemi xeyli fərqlənir, lakin “biz xalqların öz müqəddəratını təyin etmə hüququnun azad şəkildə həyata keçirilməsinin tərəfdarıyıq və buna görə də Kosovonun müstəqilliyini alqışlayırıq”.
O qeyd edib ki, Ermənistanda daxili siyasi gərginlik Qarabağ probleminin həllinə kömək etmir. Azərbaycan tərəfinin Qarabağla sərhəddəki əməliyyatları təsadüfi deyil və bu ölkənin hərbi rəhbərliyinin razılığı ilə baş verir. S.Sarkisyan vurğulayıb ki, bütün bunlar Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə təsir etməyəcək.
Daxili siyasi vəziyyətə gəlincə, dövlət başçısı “bu gün-sabah” hakimiyyətin müxalifət lideri Levon Ter-Petrosyanı həbs etmək niyyətində olması ilə bağlı şayiələri və eyni zamanda hakimiyyətin bu addımı ata bilmədiyini də təkzib edib.
O bəyan edib ki, ölkədə bütün problemlərin həll olunduğunu, yoxsulluğun aradan qaldırıldığını və narazıların olmadığını heç vaxt təsdiqləməyib. Prezidentin sözlərinə görə, bu insanların bir hissəsi L.Ter-Petrosyana səs verərək hakimiyyətə öz münasibətini bildirib.
S.Sarkisyan vurğulayıb ki, incidilmiş vətəndaşları qanunsuz əməllərə əl atanlardan ayırır.
“Sonuncular əməllərinə görə qanun qarşısında cavab verəcəklər. Məhkəmə təhqiqatı şəffaf olacaq və sizlərdən hər biriniz hər kəsin nə qədər günahkar olduğunu bilmək imkanına malik olacaqsınız", - deyə o bildirib.
"İstənilən dövlətdə cəmiyyət seçkisonrası sarsıntı keçirir. Çünki namizədlərin heç biri seçicilərin 100% səsini ala bilmir. Lakin məni qəzəb atmosferi daha çox narahat edir və bunu aradan qaldırmaq lazımdır", - deyə S.Sarkisyan qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət