SOCAR Energy Georgia şirkəti Gürcüstanın qaz paylaşdırıcı şəbəkəsinə $60 mln. məbləğində investisiya qoymağa hazırdır. Bu barədə şirkətin baş direktoru Mahir Məmmədov cümə günü jurnalistlərə məlumat verib.
“Biz Gürcüstanın qaz paylaşdırıcı şəbəkəsinin özəlləşdirilməsi üzrə tenderdə iştirakımızla bağlı müraciət etmişik. Ölkə boyunca şəbəkənin ümumi sayı 29-dur. SOCAR Energy Georgia ilə yanaşı tenderdə digər iki şirkət də iştirak edir. Lakin Azərbaycanın qaz resurslarını nəzərə alaraq hesab edirik ki, biz daha çox üstünlüyə malikik. İnvestisiyalara gəlincə, $10 mln. qaz paylaşdırıcı şəbəkənin öz dəyəridir, $49 mln-u isə biz üçillik investisiya proqramı çərçivəsində qoymağı planlaşdırırıq”,-deyə M.Məmmədov bildirib. O qeyd edib ki, Gürcüstanın qaz paylaşdırıcı şəbəkəsinin özəlləşdirilməsi məsələsi dünən bu ölkənin baş naziri Lado Qurqenidzenin Bakıya sıfəri zamanı müzakirə edilib. “Hələlik yekun qərar qəbul olunmayıb. Ancaq güman edirik ki, Gürcüstan hökuməti Dövlət Neft Şirkətini qələbə qazanacaq əsas namizədlərdən biri kimi görür”,-deyə M.Məmmədov vurğulayıb.
Hazırda ARDNŞ və Gürcüstan bu ölkənin Kulevi terminalının 100% sahibləridr. Terminalın alınmasına dair müqavilə 2006-cı il dekabrın sonunda imzalanıb. Terminalın alınması da daxil olmaqla, layihə ARDNŞ-yə $300 mln.-a başa gəlib. Bundan əlavə, şirkət Gürcüstanda yanacaqdoldurma şəbəkəsinin açılması və neft bazasının inşası üzrə işlər həyata keçirir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət