Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyaları diaspor təşkilatları ilə birgə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar xarici dövlətlərdə tədbirlər keçirir.
«Bu gün həmin tədbirlər həm konfrans, həm də etiraz aksiyaları formasında keçirilir». Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Ümumrusiya Azərbaycanlılar Konqresi bazar ertəsi Moskvada “Bakı” kinoteatrında azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə həsr olunan “dəyirmi masa” keçirir. Analoji tədbirlər Sankt-Peterburq, Yekaterinburq, Çelyabinsk, Ulan-Ude, Yoşkar-Ole və Rusiyanın digər şəhərlərində də təşkil olunub.
Kiyevdə və Minskdə mehmanxanada “31 Mart - Azərbaycanlıların Soyqırımı” mövzusunda konfranslar keçirilir.
Qazaxıstanda “Xəzər” İctimai Birliyi Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə Astanada və Petropavlovskda konfranslar təşkil edib.
Bundan başqa Daşkənddə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası və Marneulidə (Gürcüstan) fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-təcrübi konfranslar da təşkil olunub.
Qırğız Xalqlarının Assambleyası və Azərbaycanın Qırğızıstandakı səfirliyi, eləcə də “Azəri” İctimai Birliyinin fəalları və Türkdilli Dövlətlərə Siyasi Dəstək Fondu Bişkekdə konfrans təşkil ediblər.
Bundan əlavə, Türkiyənin İzmir və Manisa şəhərlərində də 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbirlər keçirilir.
Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqtonda tədbirlər təşkil edib. Analoji tədbirlər Azərbaycanın Los-Ancelesdəki konsulluğunda da keçirilir.
Azərbaycanlılar Ermənistanın Ottavadakı (Kanada) və Berlindəki (Almaniya) səfirlikləri qarşısında etiraz aksiyaları keçirməyi planlaşdırırlar.
Bakıda bazar günü azərbaycanlılara qarşı törədilən soyqırıma həsr olunan beynəlxalq elmi konfrans keçirilib.
Rusiyada 1905-07-ci illərdə baş verən inqilabi proseslərdən istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiəddzin, Cavanşir və Qazaxda azərbaycanlıların kütləvi qırğınlarını törədiblər. Erməni dəstələrinin azğınlığının ikinci dalğası 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda başlayıb və 1920-ci ilin ortalarına qədər davam edib. Bu hadisələr martın 18-də Bakıda başlayıb və Azərbaycanın digər şəhərlərində davam etdirilib. 1918-ci ilin yalnız mart-aprel ayları ərzində ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı doğma yerlərindən qovub və yüzlərlə kəndi yerlə yeksan ediblər.
Azərbaycanlıların Soyqırımı Günü 1998-ci il martın 31-dən dövlət səviyyəsində qeyd edilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət