Avropa Şurası Nazirlər Kabinetinin Monitorinq Qrupu “Aqo” Ermənistan hakimiyyətinə ölkədə vəziyyətin nizamlanması üçün bəzi tədbirlərin görülməsini təklif edib. Bu barədə bazar ertəsi ölkənin XİN rəhbəri Vardan Oskanyan və Monitorinq Qrupunun başçısı Pyer Seqren məlumat verib.
AŞ Ermənistanda baş verən hadisələr zamanı saxlanılanlara baş çəkmək üçün onların ailələrinin hüquqlarının bərpasını, siyasi fəaliyyətə görə həbs olunanların azad edilməsini, “Aqo” qrupunu məhkəmə prosesləri haqqında məlumatlandırmağı, 1 mart hadisələrinin müstəqil araşdırılmasını, “Yığıncaqlar, mitinqlər, yürüşlər və nümayişlər haqqında” qanunu sərtləşdirən dəyişikliklərdən imtina olunmasını, siyasi dialoqa başlamağı təklif edib."Aqo" qrupu öz təkliflərini hakimiyyət də, müxalifətə də təklif edib.
Bu ərəfədə AŞ-nin nümayəndə heyəti Ermənistan prezidentliyinə keçmiş namizəd Levon Ter-Petrosyanla görüşüb. P.Sergen mətbuat konfransında bildirib ki, nümayəndə heyətinin üzvləri L.T.Petrosyanın hadisələrlə bağlı fikirləri və qiymətləndirmələrilə tanış olublar və ona öz təkliflərini təqdim ediblər.
L.Ter-Petrosyanını tərəfdarları seçicilərin 52,82%-nin səslərini toplayan ölkənin hazırki baş naziri Serj Sarkisyanın qalib gəldiyi prezident seçkilərinin nəticələrini tanımırlar. Müxalifətin 9 gün davam edən mitinqi martın 1-də polis tərəfindən dağıdılıb. Nəticədə nümayişçilərlə asayiş keşikçiləri arasında baş verən qarşıdurmada 8 nəfər öldürülüb, 300-ə yaxın nümayişçi yaralanıb.
Ermənistanın fəaliyyətdə olan prezidenti Robert Köçəryan İrəvanda fövqəladə vəziyyət elan edib. Qaldırılan cinayət işləri çərçivəsində İrəvanda 100-dən artıq aksiya iştirakçısı həbs edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət