Gürcüstan XİN-də Rusiya Baş qərargahının rəisi Yuri Baluyevskinin Ukrayna və Gürcüstanın NATO-ya daxil olması mümkünlüyünün Rusiyanı öz təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə vadar edəcəyilə bağlı bəyanatlarından narahatdırlar.
"Hərbi rəisin qonşu dövlətə münasibətdə belə termin və işarələrlə bəyanat verməsi çox təhlükəlidir", - deyə Gürcüstan XİN-in rəhbəri David Bakradze brifinqdə bildirib. "Bu cür bəyanatlar Gürcüstan və Ukraynaya qarşı hərbi təhlükə yaradır və bu bir daha niyə bu dövlətlərin NATO-ya doğru can atdıqlarını sübut edir", - deyə D.Bakradze qeyd edib. "Belə bəyanatlar həm də bəzi Avropa dövlətlərinin bir neçə ay ərzində Rusiyanın NATO-nun genişləndirilməsinə dair mövqeyində yumşalma barədə nikbinliyinin əsassız olduğunu göstərir. Onların hamısı kifayət qədər dəqiq işarə alıblar", - deyə nazir söyləyib.D.Bakradze yaxın saatlarda Gürcüstan XİN-in Y.Baluyevskinin bəyanatına rəsmi cavab verəcəyini qeyd edib.
Bundan əvvəl Y.Baluyevski jurnalistlərə bəyan etmişdi ki, "Rusiyanın öz sərhədləri yaxınlığında öz maraqlarının təmin olunmasına doğru addımlar atacağı birmənalıdır. Bunlar təkcə hərbi xarakterli deyil, başqa tədbirlər də olacaq". Bununla yanaşı, Y.Baluyevski Ukrayna və Gürcüstanın NATO-ya daxil olması barədə danışmağın hələ tez olduğunu hesab edir. "Bu məsələ birmənalı deyil. Ukrayna əhalisi birmənalı olaraq NATO-ya daxil olmağın əleyhinə səs veriblər. Gürcüstanda əhalinin 70%-nin bu ideyanı dəstəklədiyi qondarma referendumun nəticələrinə baxmayaraq, hələ axşam deyil, baxarıq", - deyə Rusiyanın Baş qərargah rəisi deyib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət