İqisadi İnkişaf Nazirliyi Azərbaycanda sənaye şəhərciyinin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) yenidən işlənməsini planlaşdırır. Bu barədə nazirlik aparatının rəhbəri Samir Vəliyev cümə axşamı jurnalistlərə məlumat verib.
“İqtisadi İnkişaf Nazirliyi sənaye şəhərciyinin dislokasiya yerinin dəyişdirilməsini qərara alıb. Şəhərciyin Sumqayıtda yaradılması planlaşdırılır. Bununla əlaqədar TİƏ-yə düzəlişlər etmək lazım gələcək”,-deyə S.Vəliyev bildirib. Onun sözlərinə görə, layihəyə dair TİƏ hazırlanarkən sənaye şəhərciyinin kommunal və digər infrastrukturun olmadığı yerdə yaradılması nəzərdə tutulmuşdu. “Lakin Sumqayıtın işləməyən müəssisələrində müəyyən infrastruktur var ki, bu da şəhərciyin yaradılmasını asanlaşdıracaq”,-deyə o vurğulayıb. S.Vəliyev əlavə edib ki, hazırda İqtisadi İnkişaf Nazirliyi şəhərin yerləşəcəyi konkret yeri müəyyən edir.
Xəbər verildiyi kimi, Türkiyənin TIKA agentliyi 2007-ci ilin iyununda Bakının 49 km.-də sənaye şəhərciyinin yaradılması layihəsinə dair TİƏ-ni İqtisadi İnkişaf Nazirliyinə təqdim edib. İlkin hesablamalara görə, sənaye şəhərciyinin yaradılması 32 mln.manata başa gələcək. Şəhərciyin yaradılmasında əsas məqsəd müəssisələrin fəaliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət