Azərbaycan hakimiyyəti Avropa Şurası Nazirlər Komitəsinin Aqo qrupunun həbsdə olan üç jurnalistin azad edilməsi ilə bağlı tövsiyələrini nəzərdən keçirə bilər. Bu sözləri jurnalistlərə prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov cümə günü bəyan edib.
«Bu cür tövsiyələr var və düşünürəm ki, biz onları nəzərdən keçirəcəyik»,- deyə Ə. Həsənov bildirib. O, Aqo qrupunun rəhbəri Per Sorgenin bu yaxınlarda Bakıya baş tutan səfəri zamanı prezidentin İcra Aparatında keçirilən görüşdə ölkə başçısının altı jurnalistin azad edilməsi barədə qərarını yüksək qiymətləndirdiyini və həbsdə olan digər üç jurnalistin məsələsinə baxılmasını xahiş etdiyini xatırladıb.
Məhbusların yaxın zamanda əfv olunmasının mümkünlüyünə toxunan Ə. Həsənov bildirib ki, mərhum prezident Heydər Əliyevin anadan olduğu gün, mayın 10-da prezidentin əfv fərmanı imzalayacağı gözlənilir. Onun sözlərinə görə, sonuncu əfv fərmanından az vaxt keçdiyinə görə, prezident yanında əfv komissiyası o vaxtdan iclas keçirməyib.
Aqo qrupu “Realnıy Azerbaycan” qəzetinin redaktoru Eynulla Fətullayevin, eləcə də “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun və onun qardaşı jurnalist-satirik Sakit Zahidovun azadlığa buraxılmasını tövsiyə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət