Rusiyanın "РОСНО" sığorta şirkətinin Azərbaycandakı nümayəndəliyi 2008-ci ildə təkrar sığorta üzrə tədiyə yığımlarını $0,5 mln. həcmində planlaşdırır ki, bu da 2007-ci ilin göstəricisindən 25% çoxdur. Bu barədə şirkətin baş direktorunun birinci müavini Dmitri Pavlov cümə günü Bakıda keçirilmiş mətbuat konfransında bəyan edib.
"2007-ci ildə şirkət təkrar sığorta üçün Azərbaycandan $0,4 mln. məbləğində risk alıb. Bu, 2006-cı ilin göstəricisindən 3 dəfə çoxdur. Biz Azərbaycanda fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq və bu il risklərin təkrar sığortası üçün $0,5 mln. almağı nəzərdə tuturuq", - deyə D.Popov bildirib. Onun sözlərinə görə, şirkətin məqsədi ilk növbədə əmlak sığortası üzrə risklərin təkrar sığortası, tikinti-quraşdırma və aviasiya risklərinin alınmasından ibarətdir.
Hazırda "РОСНО" şirkəti risklərin təkrar sığortası məsələlərində Azərbaycanın “Standard Insurance”, “Mbask”, "Atəşgah" kimi bir sıra aparıcı şirkətlərilə fəal əməkdaşlıq edir və 2009-cu ilədək respublikada tərəfdaşlarının sayını artırmaq niyyətindədir.
"Azərbaycanda "РОСНО" şirkətinin nümayəndəliyinin açılması strateji addımdır. Sığorta bazarı dinamik inkişaf edir, tikinti işlərinin həcmi artır və bütün bunlar bizi respublikada fəaliyyyətə cəlb edir. Biz Azərbaycanda fəaliyyət göstərməyi bir neçə il bundan əvvəl planlaşdırsaq da o zaman bir qədər gözləməyi qərara aldıq", - deyə şirkətin baş direktoru Xannes Çopra bildirib. Onun sözlərinə görə, Azərbaycanda nümayəndəliyin açılması atılan ilk addımdır. "Altı il bundan əvvəl biz nümayəndəliyin açılması hesabına Qazaxıstanın sığorta bazarına daxil olduq və yalnız altı ildən sonra Qazaxıstanın iri sığorta şirkətlərindən birinin səhmlərini aldıq. Ümid edirik ki, daha qısa vaxt ərzində eyni nailiyyəti Azərbaycanda da təkrarlaya biləcəyik”,- deyə o bildirib.
Baş direktor qeyd edib ki, Azərbaycanın sığorta bazarını öyrənmək və nümayəndəliyin statusunun artırılması haqqında qərar qəbul etmək üçün "РОСНО"ya 3-5 il vaxt lazımdır. "Biz müəyyən vaxtdan sonra fəaliyyət göstərən sığorta şirkətlərindən birini ala və ya öz şirkətimizi yarada bilərik. Lakin bu gün bizim məqsədimiz müştərilərə keyfiyyətli sığorta xidmətləri təqdim etməkdən ibarətdir. Azərbaycanda kiçik və orta sahibkarlıq sektorunun necə inkişaf edəcəyi bizim üçün çox maraqlıdır. Belə ki, onlar bizim potensial müştərilərimizdirlər”,-deyə o əlavə edib.
"РОСНО"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Emin Aslanovun fikrincə, şirkətin bazara daxil olması sığorta bazarında yeni texnologiyaların tətbiqinə imkan verəcək. "Azərbaycanın sığorta bazarı sürətlə inkişaf edir və bizim yeni beynəlxalq və Rusiya texnologiyalarına ehtiyacımız var. Bu gün ölkədə tikinti bumu gedir və bütün bunların sığortaya ehtiyacı var", - deyə E. Aslanov bildirib.
“РОСНО” ASC 1991-ci ildə yaradılıb. Almaniyanın “Allianz SE” aparıcı beynəlxalq sığortaçısı onun nəzarət səhm paketinə (97%) sahibdir.
2007-ci ilin I yarısının yekunlarına əsasən, "РОСНО" SŞ “İnterfaks-İAM”ın hazırladığı “İnterfaks-100. Rusiyanın iri sığorta şirkətləri” renkinqində aktivlərinin həcminə görə 5-ci yeri tutub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət