Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə operator) 2008-ci ilin aprelində dövlət büdcəsinə 700 mln. manatdan çox mənfəət vergisi ödəyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə nazirinin müavini Azər Bayramov məlumat verib.
“Aprel ayında ABƏŞ səhmdarlarının vergi ödənişləri iki mənbədən formalaşıb. 45 mln. manat dəqiqləşdirmədən sonra 2007-ci ildə mənfəət vergisinin qalığıdır. Yerdə qalan 650 mln. manatdan çox məbləği isə 2008-ci ilin I rübündə mənfəət vergisi üzrə ödənişlər təşkil edir”, - deyə A.Bayramov bildirib.
O xatırladıb ki, 2008-ci ilin yanvarında ABƏŞ səhmdarları dövlət büdcəsinə 555 mln. manat məfəət vergisi ödəyiblər.
“I rübün yekunları üzrə ABƏŞ səhmdarları dövlət büdcəsinə planlaşdırdığımızdan daha çox vergi ödəyiblər, - deyə nazir müavini qeyd edib.
O bildirib ki, hökumət 2008-ci ildə ABƏŞ səhmdarlarından dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmalara dair proqnozları yenidən nəzərdən keçirib. “İlkin proqnoz 1,38 mlrd. manat səviyyəsində olub. Hazırda isə biz onların ən azı 1,55 mlrd. manat olacağını gözləyirik. Lakin dünya bazarında neftin qiymətinin yüksək olması ilə bağlı vəziyyət il ərzində davam edərsə, konsorsium səhmdarlarından real daxilolmalar 1,75-1,8 mlrd. manat təşkil edə bilər”, - deyə A.Bayramov vurğulayıb.
O əlavə edib ki, 2008-ci ilin II və III rüblərində ABƏŞ səhmdarları mənfəət vergisini neftin qiymətinin 1 barel üçün 70 dollar olmasına əsaslanaraq ödəyəcəklər.
ABƏŞ səhmdarları Azərbaycanın dövlət büdcəsinə ilk dəfə mənfəət vergisi ödənişlərinə 2006-cı ildə başlayıblar. Həmin il onlar büdcəyə 971,9 mln. manat, 2007-ci ildə isə - 1 mlrd. 961,5 mln. manat məbləğində mənfəət vergisi ödəyiblər.
AÇG blokunun işlənməsi haqqında müqaviləyə əsasən ABƏŞ öz xərclərini tam ödədikdən sonra mənfəət vergisi ödəməyə başlayacaq. Müqavilənin şərtlərinə görə, ABƏŞ 25% dərəcə ilə vergi ödəyir.
“Azəri-Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərin sulu hissəsinin işlənməsinə dair müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Hazırda layihənin iştirakçıları: “BP” (Böyük Britaniya - 34,1367% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın “Inрex Corр.” (10%) və “ITOCHU Oil” (3,9205%) “Statoil” ( Norveç 8,5633%) və “TPAO” (Türkiyə 6,75%) şirkətləridir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət