2008-ci ilin yanvar-may aylarında Azərbaycanın daxili bazarına 2 mln. 101,4 min ton neft məhsulu satılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Mazut 32,8%, dizel yanacağı 17,9%, avtomobil benzini 15,6%, təyyarə yanacağı 10,3%, neft bitumu 2,5%, maye qaz 1,7%, digər neft məhsulları 19,2% həcmində olub.
Yanvar-may aylarında neft məhsullarının ümumi həcmindən ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə 46% sürtkü yağı, 43,1% dizel yanacağı, 28,8% avtomobil benzini və 1,8% mazut satılıb.
Hesabat dövründə “Azpetrol” neft şirkəti 52,2% avtomobil benzini və 32,8% dizel yanacağı alıb.
“Azərbaycan Hava Yolları” QSC-yə 96,7% təyyarə yanacağı, Rusiyanın “LUKOYL” şirkətinə 16,1% avtomobil benzini və 11,7% dizel yanacağı, Xəzər Dəniz Gəmiçiliyinə 1,9% dizel yanacağı, 7,7% sürtkü yağı satılıb.
Yanvar-may aylarında “Azərenerji” SC 62,5% soba mazutu alıb, 33,2% mazut isə emal olunmaq üçün Heydər Əliyev adına neft emalı zavoduna verilib.
Neft məhsullarının yerdə qalan həcmi digər müəssisələrə satılıb.
2008-ci il iyunun 1-nə olan məlumata görə, respublikanın neft emalı zavodlarının anbarlarında 41 mln. manat məbləğində satılmamış məhsul var. Bunun 31,9 min tonunu avtomobil benzini, 0,6 min tonunu birbaşa qovulan benzin, 8,3 min tonunu kerosin, 0,3 min tonunu mazut, 60,6 min tonunu dizel yanacağı, 10,2 min tonunu sürtkü yağı və 0,9 min tonunu neft bitumu təşkil edir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət