Macarıstan Azərbaycanı Avropanın enerji siyasətini dəyişdirməyə qadir olan əsas dövlətlərdən biri hesab edir. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, bu barədə Macarıstanın baş naziri Ferents Dyurçan bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes-forumunda bəyan edib.
“Avropa ölkələri enerji daşıyıcılarının nəqlinin diversifikasiyası ilə bağlı öhdəliyi öz üzərinə götürüblər. Azərbaycan bu məsələdə əsas rollardan birini oynaya bilər. Biz Azərbaycanı Avropanın enerji siyasətini dəyişməyə qadir olan əsas dövlətlərdən biri hesab edirik”, - deyə o bildirib.
Baş nazir qeyd edib ki, hər iki ölkə zəngin, lakin müxtəlif potensiala malikdir. “Son illərdə ölkələrimizin qarşılıqlı maraqları artıb. Biz əməkdaşlığın genişləndirilməsinin yeni yollarını tapmaq üçün potensialı öyrənməliyik”, - deyə F.Dyurçan vurğulayıb.
Öz növbəsində, iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, son 3 ildə ikitərəfli əlaqələr xeyli fəallaşıb, prezident İlham Əliyevin Macarıstana səfəri həyata keçirilib. “Lakin potensial son dərəcə böyük olsa da, qarşılıqlı mal dövriyyəsi yüksək deyil. Biz Macarıstan şirkətlərinin Azərbaycanda, yerli firmaların isə Macarıstanda fəaliyyətini alqışlayardıq”, - deyə o bildirib.
F.Dyurçan jurnalistlərlə söhbətində qeyd edib ki, Macarıstan Nabucco layihəsinin iştirakçısıdır və layihənin uğurla həyata keçiriləcəyinə ümid edir. “Macarıstan əhalisinin sayı 10 mln. təşkil edir və bunun üçün ildə 1-2 mlrd. kubmetr qaz almaq kifayətdir. Lakin Avropa Birliyinin əhalisi 500 mln. nəfərdir və yaxın 15 ildə Avropanın qaza tələbatı 50% artacaq. Qaz çatışmazlığı 150-200 mlrd. kubmetr həcmində olacaq. Bunun 30 mlrd. kubmetri Nabucco ilə ixrac oluna bilər. Buna görə də biz bu layihənin uğurla həyata keçiriləcəyinə ümid edirik”, - deyə baş nazir bildirib.
Biznes-forumda Macarıstandan tikinti, əczaçılıq, İT-texnologiyaları və maliyyə sektorunda fəaliyyət göstərən 10 şirkət iştirak edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət