Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac var, lakin bu, ədalətli və demokratik seçkilərin keçirilməsinə imkan verir. Bu barədə Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio bazar ertəsi bildirib.
“Zənnimcə, gələcəkdə Seçki Məcəlləsinə dəyişiklik ediləcək. Lakin hazırda vəziyyət buna imkan vermir, belə ki, qarşıdakı prezident seçkilərilə əlaqədar vaxt yoxdur”,-deyə C.Bukikkio Bakıda jurnalistlərə məlumat verib.
“Lakin düşünürəm ki, mövcud seçki qanunvericiliyi ədalətli və azad seçkilərin keçirilməsi üçün baza ola bilər. Hər şey siyasi iradədən asılıdır. Ölkədə hamı, həm hakimiyyət, həm müxalifət, ümumilkdə bütün cəmiyyət bu qanunun reallaşmasına hörmətlə yanaşmalıdır”,-deyə o əlavə edib.
Venesiya komissiyasının katibi deyib ki, Seçki Məcəlləsini sadələşdirmək lazımdır.
“Həmçinin seçki komissiyalarının tərkibinin formalaşması da əsas problemdir. Çünki, mövcud tərkib bütün qüvvələrin orada təmsil olunmasına şərait yaratmır”,-deyə C.Bukikkio vurğulayıb.
Eyni zamanda o, Seçki Məcəlləsinin çıxışda sorğunun keçirilməsi və barmaqların görünməz mürəkkəblə rənglənməsi ilə bağlı müsbət məqamlarını qeyd edib. Bundan əlavə, Venesiya Komissiyasının nümayəndəsi toplaşma azadlığı haqqında qanunun beynəlxalq standartlara uyğun olduğunu bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət