Azərbaycanlı politoloqlar Türkiyənin baş naziri R. Ərdoğanın təşəbbüsü ilə tezliklə Qafqazda təhlükəsizliyin təmin edilməsi üzrə təşkilatın yaradılması mümkünlüyü ilə əlaqədar fikir ayrılığına malikdirlər.
“Fikrimcə, bu cür, şübhəsiz, faydalı təşkilatın yaradılması yalnız vaxt məsələsidir. Ola bilsin ki, obyektiv səbəblərə görə bu ideyanı bir neçə mərhələdə həyata keçirmək mümkün olsun”,- deyə politoloq Mübariz Əhmədoğlu “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bununla yanaşı ekspert xatirladib ki, bu cür ittifaqın yaradılması ideyası Ankara ilə Moskva arasında hələ 1992-ci ildə müzakirə edilib. Həmin vaxtdan isə Rusiya – Türkiyə münasibətləri daha da möhkəmlənib.
“Ola bilsin ki, bu cür təşkilat çərçivəsində Qafqaz regionunun dövlətləri, əsasən də Azərbaycanla Ermənistan, eləcə də Gürcüstanla Rusiya arasında mövcud olan ziddiyyətləri uğurla həll etmək mümkün oldu”,- deyə M. Qurbanlı ehtimal edib.
“Rusiya, Türkiyə, eləcə də Gürcüstan ideyanı dəstəkləyirlər. Bu gün Bakıda prezident İlham Əliyevlə Türkiyənin baş naziri arasında keçiriləcək danışıqlarda isə mən Azərbaycanın da onu dəstəkləyəcəyini gözləyirəm”,- deyə o bildirib.
Bununla yanaşı, digər politoloq və şərqşünas Zərdüşt Əlizadə Qafqaz İttifaqının yaradılması perspektivini az inandırıcı hesab edir. “Region ölkələri arasında keçilməsi mümkün olmayan ziddiyyətlər var. Onları belə asanlıqla həll etmək mümkün olsaydı BMT, ATƏT, MDB və bir çox digər təşkilatlarda birlikdə iştirak edən Azərbaycanla Ermənistan bunu çoxdan etmişdilər”,- deyə politoloq bildirib.
Qafqazda təhlükəsizliyin təmin edilməsi üzrə regional təşkilatın yaradılması Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana çərşənbə günü başlayan qısamüddətli səfərinin mövzularından biridir.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət