Avqustun 29-da daha bir, sayca üçüncü olan Amerika hərbi gəmisi Gürcüstana humanitar yardım gətirəcək. Bu barədə çərşənbə günü jurnalistlərə Gürcüstan Silahlı Qüvvələri Birləşmiş Qərargahının rəisi Zaza Qoqava Batumidə bildirib.
O, Acariya rəhbərlərilə birlikdə Batumi limanında humanitar yül gətirən Amerikanın “Dallas” gəmisinin ekipajı ilə görüşüb.
Z.Qoqavanın sözlərinə görə, Amerika gəmilərinin Poti limanına yükləri boşaltmasından sonra girişi “limanın akvatoriyasının minalana biləcəyi” ilə bağlı ehtimallar üzündən baş vermir.
Bu arada Gürcüstanın Müdafiə Nazirliyi rəhbərinin müavini Batu Kuteliya bəyan edib ki, "indi biz amerikalı və digər həmkarlarımızla dəyən ziyanın qiymətləndirilməsi üzərində işləyirik"."Şübhəsiz ki, Gürcüstana müdafiə qabiliyyətini tam həcmdə bərpa etmək üçün maddi yardım göstəriləcək", - deyə o çərşənbə axşamı “Kommersant” qəzetində dərc olunmuş müsahibəsində bildirib. "Söhbət infrastrukturun və ölkənin HHM-nin bərpasından, eləcə də hərbi-texniki yardımın digər növlərindən gedir. Marneuli, Senaki, Kopitnari və Vaziani aeroportlarının bərpasına kömək çox vacibdir", - deyə müdafiə nazirinin müavini bildirib.
Bir neçə gün əvvəl Gürcüstana humanitar yardım üçün Amerikanın McFaul hərbi gəmisi humanitar yüklə Batumi limanına daxil olmuşdu.ABŞ-ın Gürcüstana göstərdiyi yardım Tiflisə ABŞ HHQ-nə məxsus hərbi təyyarələrlə çatdırlır.
Bu arada Moskvadakı hərbi-diplomatik mənbə Rusiyanın HATO hərbi gəmilərinin Gürcüstana silah gətirməsindən narahat olduğunu bildirib və onun sözlərinə görə, bu da Qafqazda gərginliyin artmasına gətirib çıxara bilər.
"Gürcüstana HATO hərbi gəmiləri vasitəsilə çatdırılan yüklər üzərində nəzarətin olmamsı bizi narahat etməyə bilməz. Əgər nəzarət yoxdursa, deməli,Gürcüstana qabaqcadan müxtəlif silahların, daşınan zenit raket komplekslərinin, digər silah sistemlərinin artıq çatdırıldığı və ya çatdırılacağına zəmanət də yoxdur. Eləcə də, bu, izləmə üçün nəzərdə tutulmuş aparatlar, eləcə də pilotsuz uçan aparatlar da ola bilər", - deyə mənbə bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət