Beynəlxalq Valyuta Fondu (BVF) Gürcüstana Cənubi Osetiya ətrafında münaqişədən sonra investorların ölkə iqtiasdiyyatına itirilmiş etimadını dəstəkləmək üçün $750 mln. həcmdə kreditin verilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Kreditin verilməsi ABŞ və “Yeddilər qrupu”nun digər ölkələri tərəfindən dəstəklənir. Bu barədə anonimlik şərtilə jurnalistlərlə əlaqə saxlayan fondun nümayəndəsi bildirib.
Kreditin həcmi Gürcüstanın BVF-dakı kvotasını 3 dəfə üstələyir. Fondun qaydalarına görə, belə artırılma fövqəladə vəziyyətlərdə mümkündür.
Avqustun 11-də BVF bəyan edib ki, münaişələrlə bağlı iqtisadi itkilər “son illər öz vətəndaşlarının rifahının yaxşılaşması üçün gərgin çalışan ölkə üçün təəssüf doğurur". Fondun fikrincə, Gürcüstan ölçülüb-biçilmiş makroiqtisadi siyasət yürüdərək geniş iqtisadi islahatlar aparıb, investisiya mühitini və maliyyə sektorunu möhkəmləndirib.
BVF-nin missiyası artıq Tiflisdədir və sentyabrın 3-dək Gürcüstanda qalacaq. Gürcüstan 1992-ci ildən BVF-nin üzvüdür. Hazırda fond qarşısında Gürcüstanın borcu $235,9 mln. təşkil edir.
Gürcüstana kreditlərin ayrılması imkanlarını DB da nəzərdən keçirir.
Gürcüstan iqtisadiyyatı xarici investisiyalardan asılı olduğundan ölkə ödəniş və ticarət balansında (Gürcüstanını bu ilin 1-ci yarısında mənfi ticarət saldosu 41% artaraq $2,36 mlrd. təşkil edib) böyük kəsirə malikdir. İlin 1-ci yarısında ölkədə ÜDM-in artımı 9,3% təşkil edib.
Bir az əvvəl Gürcüstanın baş naziri Lado Qurqenidze hərbi əməliyyatlar nəticəsində ölkəyə dəyən ziyanın $1 mlrd.-dan artıq (ÜDM-in 8%-i qədər) olduğunu bildirib.
Fitch və Standard & Poor's avqustda Gürcüstanın reytinqini azaldıb. Fitch ölkənin milli və xarici valyutada uzunmüddətli reytinqini "ВВ-"dan "В+"-dək azaldıb, reytinq proqnozunu “mənfi” edib. S&P Gürcüstanın uzunmüddətli reytinqini "В+"dən "В"-dək aşağı saldığı barədə məlumat verib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət