“Ərzaq müqavilə korporasiyası” SC (“Ərzaqkorporasiya”, Qazaxıstanın taxıl alışı üzrə operatoru) Poti limanında (Gürcüstan) taxıl terminalının inşasından imtina edib. Bu barədə Qazaxıstanın kənd təsərrüfatı naziri Akılbek Kurişbayev məlumat verib.
“Biz Potidən imtina etdik”,-deyə o vurğulayıb. Onun sözlərinə görə, hökumətə (Qazaxıstan –İF-Q) məktub göndərərək bu layihənin orada reallaşmasının mümkün olmadığını bildiriblər. Bu barədə nazir bazar ertəsi parlamentdə “hökumət saatı”nda bəyan edib.
“Bu məsələ Gürcüstandakı vəziyyətlə bağlı beynəlxalq problemlərlə əlaqədardır”,-deyə o qeyd edib.
Xəbər verildiyi kimi, “Ərzaqkorporasiya” 2008-ci ildə Potidə taxıl terminalının və tutumu 24 min ton olan elevatorun inşasını nəzərdə tuturdu. Qazaxıstan taxılının qəbulu üçün terminalın inşasının Poti zavod-dəyirmanın yenidən qurulması və təchizatı çərçivəsində həyata keçirilməsi planlaşdırılırdı.
Qazaxıstan tərəfi obyektlərin inşasına $9 mln. ayırmağı planlaşdırmışdı. Layihədə Qazaxıstan və Gürcüstan tərəfinin hər birinin payı 50% təşkil edirdi.
Layihəyə görə, Qazaxıstan taxılının Qara dəniz regionu və Aralıq dənizi ölkələrinə ixracı üçün nəzərdə tutulan terminalın buraxılış qabiliyyəti sutkada 400-450 ton taxıl, anbar gücü 30 min ton hazır məhsul olmalı idi.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət