Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahinin Bakıya səfəri zamanı dövlətlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə ediləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ədliyyə Nazirliyindən məlumat verilib.
«Mehmet Əli Şahinin sentyabrın 25-26-da Bakıya baş tutacaq səfəri zamanı ikitərəfli münasibətlər, iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi müzakirə olunacaq», - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
Mənbənin sözlərinə görə, M.Ə. Şahinin səfəri azərbaycanlı həmkarı Fikrət Məmmədovun dəvəti ilə baş tutur. Türkiyəli nazirin prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir.
Nazirlikdən bildirilib ki, 1950-ci il təvəllüdlü Mehmet Əli Şahin öz karyerasına vəkil kimi başlayıb. Daha sonra o, Türkiyənin rayonlarından birinin bələdiyyə sədri seçilib. Bundan əlavə, Mehmet Əli Şahin Türkiyə parlamentinə deputat seçilib. Dövlət naziri və Türkiyə hökumətində vitse-prezident vəzifələrini tutub. Mehmet Əli Şahin Türkiyənin hakim “Ədalət və İnkişaf” partiyasının yaradıcılarından biridir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət