Ötən cümə günü Nyu-Yorkda Ermənistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
Şənbə günü Ermənistan XİN-in mətbuat xidmətindən “İnterfaks”a verilən məlumata görə, xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.
Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Metyu Brayza (ABŞ) və Yuri Merzlyakov (Rusiya), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.
Ermənistan XİN-in məlumatına görə, görüşdə Qarabağ münaqişəsinin 2007-ci ildə irəli sürülmüş Madrid təklifləri əsasında nizamlanması perspektivləri müzakirə olunub.
"Tərəflər münaqişənin sülh və danışıqlar yolu ilə həllinin vacibliyini bildiriblər", - deyə qeyd olunub.
"Daha sonra Ermənistan və Azərbaycan XİN başçılarının təkbətək görüşündə münaqişənin nizamlanması məsələsi ilə bağlı tərəflərin mövqeyinin yaxınlaşması yolları və hər iki ölkə prezidentlərinin yeni görüşünün təşkili imkanları müzakirə olunub", - deyə mətbuat xidmətindən bildirilib.
Həmin gün E.Nalbandyan Türkiyənin xarici işlər naziri Əli Babacanla da görüşüb. Nazirlər hər iki ölkə prezidentlərinin tapşırığı ilə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması məsələsinin müzakirəsini davam etdiriblər.
Daha sonra Ermənistan, Türkiyə və Azərbaycan XİN başçılarının üçtərəfli görüşü keçirilib. Görüşdə regionda son hadisələr və “Qafqaz” platformasının yaradılması təşəbbüsü müzakirə olunub.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət