(geniş versiya, üçüncü abzasdan sonra mətn əlavə olunub)
Azərbaycan parlamenti Əfqanıstandakı sülhməramlı kontingentin iki dəfə artırılması haqda qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri cümə axşamı parlamentin iclasından məlumat verib.
Qərarın lehinə 95 deputat, əleyhinə 1 nəfər səs verib, 1 nəfər bitərəf qalıb.
Bundan sonra Əfqanıstanda xidmət keçən azərbaycanlı sülhməramlıların sayı 90 nəfərə çatacaq.
Müxalifətçi deputat Pənah Hüseynov Əfqanıstanda azərbaycanlı sülhməramlı kontingentin genişləndirilməsinin əleyhinə olub. “ABŞ yeddi ildən çoxdur ki, Əfqanıstandadır və hələlik bu müharibənin sonu görünmür. Nəyə ğörə biz bu müharibəyə öz hərbçilərimizi göndərməliyik”,-deyə o bildirib.
“ABŞ ikili standartlar üzrə hərəkət edir: onlar (ABŞ –İF-Az) Əfqanıstanda müharibəyə son qoyulmasının və taliblərlə dialoq yaradılmasının vacibliyi barədə bəyanatları kəskin pis qarşılayırlar. ABŞ belə bəyanatları qeyri-dost kimi qəbul edir, eyni zamanda Azərbaycan torpaqlarını işğal etmiş terrorçularla danışıqlar masasına əyləşməyi bizdən tələb edir”,-deyə P.Hüseynov vurğulayıb.“Qoy, ABŞ-da bilsinlər ki, Azərbaycan cəmiyyətində Əfqanıstan müharibəsinə heç də hamı birmənalı yanaşmır”,-deyə deputat vurğulayıb.
Hakim partiyadan olan deputat Siyavuş Novruzov Azərbaycanın Əfqanıstandakı hərbi kontingentinin genişləndirilməsinə təərfdar olduğunu bildirib. “Hamıya məlumdur ki, Əfqanıstanda bir neçə iri terrorçu qruplaşmalar var və biz onların digər regionlara doğru genişlənməsinin qarşısını almalıyıq. Bu genişlənmənin qarşısını almasaq, terrorçular Orta Asiya, sonra Qafqaza daxil ola bilər. Öz sülhməramlılarımızı ora (Əfqanlstana –İF-AZ) göndərməklə biz öz milli maraqlarımızı müdafiə edirik”,-deyə S.Novruzov vurğulayıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət