Xəzəryanı dövlətlərin təhlükəsizliyi və yurisdiksiyası məsələsi həll olunmayana kimi, Xəzər dənizinin hüquqi statusunu müəyyən etmək mümkün deyil. “Xəzər: gələcək naminə tərəfdaşlıq” beynəlxalq birliyinin (Azərbaycan) rəhbəri Rüstəm Məmmədov belə hesab edir.
“Danışıqların (Xəzərin hüquqi statusunun müəyyən olunması üzrə -İF-Q) iştirakçıları bir neçə əsas məsələ ilə bağlı razılığa gələ bilmirlər. Fikrimcə, hər şeydən öncə təhlükəsizlik məsələsi barədə razılığa gəlinməlidir”,-deyə R.Məmmədov cümə günü Almatıda “Xəzər dialoqu -3” mövzusunda beynəlxalq konfransda fasilə zamanı keçirilən mətbuat konfransındakı çıxışında bildirib.
“Qeyd etmək istəyirəm ki, Xəzərin hüquqi statusuna dair konvensiya Xəzəryanı dövlətlərin təhlükəsizlik təminatına dair razılığa gəlməsindən sonra qəbul oluna bilər”,-deyə o vurğulayıb və əlavə edib ki, “Xəzər dənizinin beynəlxalq təhlükəsizliyi təmin olunmayınca, əsas məsələlər barədə danışmaq çətin olacaq”.
Ekspertin fikrincə, Xəzəryanı ölkələr “heç kimin keç kəsə hücum etməyəcəyi” barədə zəmanətə malik olmalıdır.
“Xəzəryanı dövlətlər dinc ölkələrdir və bir-birləri ilə dostluq edirlər. Lakin burada bir qədər təhlükə var”,-deyə ekspert qeyd edib. Onun sözlərinə görə, hazırda bu, “Türkmənistanla Azərbaycan, həmçinin İranla Azərbaycan arasında uzun sürən qarşıdırmadan ibarətdir”. Lakin o, məsələnin təfərrüatına varmayıb.
Ekspert danışıqlar prosesində ikinci maneə kimi “mülkiyyət məsələsini” göstərib. “Xəzəryanı dövlətlər əmlakı (yəni, hövzə, dəniz resursları, Xəzərdə təsərrüfat obyektləri –İF-Q) öz aralarında bölə bilmirlər”,-deyə o vurğulayıb. “İran bu məsələdə çox “dəyişkən mövqe” tutur. Onlar gah hesab edirlər ki, əmlak İranla Rusiya arasında 50:50-yə bölünməlidir. Sonra isə bəyan etdilər ki, bu, beş hissəyə bölünməlidir, üçüncü mövqe isə belədir ki, hər şey ümumi olmalıdır. Bütün bunların reallaşmaq hüququ yoxdur”,-deyə R.Məmmədov ehtimal edib.
Onun fikrincə, Xəzərin hüquqi məsələsini yalnız “dəniz və göllərin bölünməsi zamanı beynəlxalq praktikada istifadə edilən orta xətt metodunun tətbiqi yolu ilə” tənzimləmək olar. “Əgər bu prinsip düzgün tətbiq olunarsa, regionda mülkiyyətlə bağlı bütün problemlər aradan qaldırılacaq”,-deyə o vurğulayıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət