Noyabrın sonunda Aşqabadda Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsi nəzərdə tutulur. Bu barədə Türkmənistanın baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov hökumətin iclasında məlumat verib.
İclasın əsas mövzusu ölkə prezidenti Qurbanqulı Berdımuhammedovun bu yaxınlarda Almaniya və Avstriyaya rəsmi səfərlərinin yekunlarına həsr olunub.
AFR və Avstriya prezidentləri, hökumət başçıları, eləcə də iri beynəlxalq təşkilatların rəhbərləri ilə aparılmış danışıqların yekunlarını yüksək qiymətləndirən dövlət başçısı görüşlərin son dərəcə konstruktiv, işgüzar xarakterli olduğunu qeyd edib. Bu görüşlər zamanı regional və qlobal miqyasda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, enerji, ekoloji və ərzaq təhlükəsizliyi kimi aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
"Əldə edilmiş razılıqlar dövlətlərarası münasibətlərin əsasını möhəkəmləndirib, Avropanın aparıcı ölkələri və onların ən iri şirkətləri ilə tərəfdaşlığın gələcək inkişafının strateji istiqamətlərini müəyyən edib", - deyə o vurğulayıb.
Milli parlamentin sədri Akca Nurberdıyeva iclas iştirakçılarına dekabrda IV çağırış Milli Məclisinə keçiriləcək deputat seçkilərinə hazırlıq barədə məlumat verib.
Qarşıdakı seçkilərin mühüm siyasi əhəmiyyətini qeyd edən dövlət başçısı bildirib ki, "ölkə cəmiyyətinin gələcəkdə demokratikləşməsinin dönməz xarakter aldığını bütün dünyaya göstərmək və sübut etmək vacibdir. Lakin ən başlıcası, biz özümüz insanların maraqlarının müdafiəsində duran ədalətli, humanist dövlət quruculuğu prinsiplərini qətiyyətlə qorumalıyıq".
Q.Berdımuhammedov deyib ki, Almaniya və Avstriyaya rəsmi səfərləri zamanı Avropa dövlətləri və beynəlxalq təşkilatlarından müşahidəçiləri qarşıdakı seçkilərdə iştirak etməyə dəvət edib ki, bu da seçkilərin açıq xarakterli və Türkmənistanın onları əsl demokratik əsasda keçirməyə hazır olduğunu göstərir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət