Noyabrın 14-də Bakıda keçirilən 4-cü Xəzər Enerji Sammiti qlobal enerji təhlükəsizliyi probleminin həllində mühüm addım oldu. Xarici işlər nazirinin müavini Xələf Xələfov belə hesab edir.
“Bu sammit dünya birliyinin diqqətini Xəzər regionuna cəlb etdi və qlobal enerji təhlükəsizliyi probleminin həllində beynəlxalq əməkdaşlığa böyük töhfə oldu”,-deyə X.Xələfov çərşənbə günü jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, “Bakı sammiti müstəsna əhəmiyyət daşıyır. Çünki o, Krakov, Vilnüs və Kiyev sammitlərinin formatını daha da genişləndirdi, maraqlı tərəflərin artdığını göstərdi”.
“Əlbəttə, sammitin keçirilməsi Xəzər regionunun rolunu daha da artırdı, bu regionda hasil edilən enerji ehtiyatlarının dünya bazarına ixracının nə dərəcədə aktual olduğunu göstərdi, bu məsələlərin həllində bizim ölkənin rolunun canlandığını nümayiş etdirdi”,-deyə X.Xələfov vurğulayıb.
Diplomat xatırladıb ki, sammitdə effektiv, dünya ölkələrinin maraqlarına cavab verən, regiona sabitlik və inkişaf gətirən bütün layihələr müzakirə olunub. “Azərbaycan öz siyasətində çoxvektorluluq konsepsiyasına üstünlük verib və hadisələrin inkişafı bu kursun düzgün olduğunu təsdiqlədi”,-deyə nazir müavini bildirib.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət