Azərbaycan parlamenti bu həftə respublika Konstitusiyasına düzəlişləri nəzərdə tutan Referendum Aktı layihəsini nəzərdən keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisdən məlumat verilib.
“Milli Məclisin cümə günü, yəni dekabrın 26-da Referendum Aktı layihəsini müzakirə edəcəyi planlaşdırılır”, - deyə çərşənbə günü Milli Məclisdən bildirilib.
Öz növbəsində, Mərkəzi Seçki Komissiyasından “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, bu qanun layihəsi deputatlar tərəfindən qəbul edildiyi halda parlament referendumun keçirilməsinə dair qərar qəbul edəcək və onun keçirilmə tarixini təyin edəcək.
Ölkə qanunvericiliyinə əsasən respublika Konstitusiyasına düzəlişlərin qəbul edilməsi üzrə referendum, yəni ümumxalq səs verməsi qərar qəbul olunduqdan sonra 75 gündən gec olmayaraq keçirilməlidir”, - deyə qeyd edilib.
Milli Məclisdəki mənbə agentliyə bildirib ki, Azərbaycanda referendum qanunvericilikdə ümumxalq səsverməsi üçün nəzərdə tutulan hazırlıq işləri nəzərə alınmaqla 2009-cu il fevralın sonu-martın əvvəlində keçirilə bilər.
Xəbər verildiyi kimi, Milli Məclis 2008-ci il dekabrın 19-da şərhlər almaq məqsədilə Konstitusiyaya düzəlişləri Konstitusiya Məhkəməsinə (KM) təqdim edib. KM dekabrın 24-də ölkənin Əsas Qanununa düzəlişləri təqdir edib.
Referendum Aktı layihəsinin əsas bəndi bir şəxsin iki dəfədən çox prezident seçilməsini məhdudlaşdıran 101.5-ci bəndin Konstitusiyadan çıxarılmasıdır.
Bundan əlavə, layihədə müharibə şəraitində seçkilərin keçirilməsi mümkün olmasa Konstitusiya Məhkəməsinin qərarı ilə prezidentin və parlamentin səlahiyyətlərinin uzadılması nəzərdə tutulur.
Konstitusiyanın 17-ci bəndinə bəzi əlavələrin edilməsi nəzərdə tutulur. Bu maddədə qeyd olunur ki, valideynləri və qəyyumları olmayan uşaqlar dövlətin qəyyumluğu altında saxlanılır, uşaqların onların sağlamlığı üçün zərərli olan fəaliyyətə cəlb edilməsi, 15 yaşına çatmayan uşaqların işə götürülməsi qadağan olunur. Həmçinin göstərilir ki, dövlət uşaqların hüquqlarına əməl olunmasına nəzarət edir.
32-ci maddəyə əlavələrə görə, heç kəs onun icazəsi olmadan izlənməyə, video və fotoçəkilişə, səsin yazılmasına və digər hərəkətlərə məruz qala bilməz. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunur. Bundan əlavə, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla, onun haqqında qanunsuz yolla əldə olunmuş materialla tanış ola bilər, həmçinin həqiqətəuyğun olmayan və ya natamam olan belə məlumatlara dəyişiklik edilməsini və ya ləğvini tələb etmək hüququna malikdir.
50-ci maddə üçün nəzərdə tutulan əlavələrdə qeyd edilir ki, hər kəsin KİV-də dərc olunan və onun hüquqlarını pozan, maraqlarına zərər vuran məlumatları təkzib etmək və ya onlara cavab vermək hüququ təmin olunur.
Həmçinin Konstitusiyaya həbs olunanların hüquqlarını tənzimləyən düzəlişlərin edilməsi nəzərdə tutulur. 67-ci maddəyə düzəlişə əsasən səlahiyyətli dövlət orqanları hər hansı şəxsin saxlanması və ya həbsi zamanı dərhal ona öz hüquqları haqda məlumat verməli, həbsinin və məsuliyyətə cəlb olunmasının səbəblərini açıqlamalıdır. Bundan əlavə, hər bir şəxs barəsində hökm çıxarılmazdan öncə dinlənilməlidir.
Konstitusiyanın 88-ci maddəsinə düzəlişə görə, 83 nəfərdən çox deputatın tələbi ilə Milli Məclisin sessiyalarının qapalı keçirilməsi nəzərdə tutulur.
96-cı maddəyə düzəlişə görə, prezident, Milli Məclisin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Ali Sovetin deputatları ilə yanaşı ən azı 40 min imza toplayan ölkə vətəndaşı da qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər.
108-ci maddəyə düzəlişlər seçilmiş prezidentin hüquqlarının təmin olunması haqda Konstitusiya qanununun qəbulunu nəzərdə tutur.
146-cı maddəyə düzəlişlərə görə, dövlət bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirir. Bələdiyyələr isə öz fəaliyyətləri haqda Milli Məclisə hesabat verirlər.
Həmçinin bəzi icra orqanlarının adlarının dəyişdirilməsi, o cümlədən prezidentin İcra Aparatının dövlət başçısının administrasiyası, Milli Bankın isə Mərkəzi Bank adlandırılması planlaşdırılır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət