İşgüzar səfərlə Moskvada olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Luis Mariya de Puç özünün və AŞPA-nın Prezident Komitəsinin digər üzvlərinin aldığı məlumatın Cənubi Osetiyadakı avqust hadisələrini başqa cür qiymətləndirmək imkanı verdiyini bəyan edib.
"Bu gün aldığımız əlavə məlumatı nəzərə alsaq, qarşıdakı yanvar sessiyasında tam fərqli müzakirə aparmaq və fərqli qətnamə qəbul etmək imkanı yaranır”,- deyə L. M. de Puç bazar ertəsi jurnalistlərə bildirib.
AŞPA rəhbəri “İnterfaks”ın ünvanladığı Assambleya üzvlərinin əksəriyyətinin avqust hadisələri ilə bağlı mövqelərinin AŞPA-nın oktyabr sessiyasında verdikləri qiymətdən fərqlənirmi sualına müsbət cavab verib.
"Bütün deputatların adından cavab vermək çətindir. Yəqin onların arasında mövqelərini dəyişməyənlər olacaq. O, nə daha çox Rusiya meyilli, nə də daha çox Rusiya əleyhinə olacaq. Şəxsən mənim fikrimcə, onların əksəriyyəti Rusiya tərəfindən alınmış əlavə məlumatdan sonra Rusiya ilə əməkdaşlığa açıq olacaqlar”,- deyə L. M. de Puç bildirib. O, Rusiyanın icra və qanunverici hakimiyyətinin nümayəndələri ilə keçirilmiş görüşləri müsbət qiymətləndirib.
"Biz Dövlət Dumasının sədri Boris Qrızlov, xarici işlər naziri Sergey Lavrov, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Konstantin Kosaçyov və digərləri ilə keçirilmiş görüşlərdən razıyıq. Bizə, əvvəllər bilmədiyimiz böyük həcmdə məlumatlar verilib”,- deyə AŞPA sədri bildirib. O qeyd edib ki, yanvarın 26-da Strasburqda işinə başlayacaq AŞPA-nın qış sessiyasında “Gürcüstan, Abxaziya və Cənubi Osetiyadakı hazırki vəziyyətlə bağlı” müzakirələr planlaşdırılır. Onun sözlərinə görə, bu müzakirələr “bu gün Moskvada alınmış əlavə məlumat nəzərə alınmaqla aparılacaq”. L.M. de Puç bildirib ki, bu məsələ üzrə qətnamə layihəsində Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməsi ilə bağlı Rusiyaya qarşı tələb olmayacaq. "Fikrimcə, bu istiqamətdə dərinə getməyəcəyik. Hər hansı dövlətlərin müstəqilliyi məsələsi Parlament Assambleyasında həll olunmur. O, Avropa Şurasına üzv ölkələrin hökumətlərinin səlahiyyətlərinə aiddir”,- deyə L. M. de Puç bildirib.
Öz tərəfindən K. Kosaçyov AŞPA-nın Prezident Komitəsinin üzvlərinin Rusiya hakimiyyətinin nümayəndələri ilə Moskvada baş tutan görüşünü yüksək qiymətləndirib.
"Mən cənab de Puçun vəziyyətin tədricən dəyişdiyi və qarşıdakı müzakirələrin xarakterinin dəyişməsi haqda dedikləri ilə tamamilə razıyam. Əgər biz oktyabr ayında bir-birimizi istədiyimiz kimi eşidə bilmirdiksə, indi biz irəli necə addımlamalı olduğumuza həsr olunmuş konstruktiv dialoqa keçirik”,- deyə o bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət