Ümumdünya Ticarət Təşkilatı (ÜTT) proteksionizm tədbirlərinin artması ilə bağlı vəziyyəti müzakirə etmək üçün bazar ertəsi xüsusi görüş keçirəcək. Bu barədə The Wall Street Journal qəzeti yazır.
"Məqsəd təşkilat üzvlərinə iqtisadi böhran zamanı ticarət sahəsində tətbiq edilmiş (ölkələr tərəfindən) tədbirlərin aydın təsvirini yaratmaqdır", - deyə ÜTT nümayəndəsi Keyt Rokvell bildirib.
İqtisadçılar xəbərdarlıq edirlər ki, bir çox ölkələrdə müşahidə edilən "sürünən" proteksionist addımlar dünya iqtisadiyyatının böhrandan çıxmasını çətinləşdirə bilər. Dünya ticarəti gözlənildiyi kimi, bu il 2,1% azalacaq.
ÜTT-nin məlumatına görə, antidempinq araşdırmalarının sayı ötən ilki səviyyə ilə müqayisədə indi 40% artıb.
ABŞ Amerikadan AB ölkələrinə ət ixracının məhdudlaşdırılmasına cavab olaraq İtaliyada istehsal olunan mineral suya və Fransa pendirinə rüsum tətbiq etməyi planlaşdırır. Hindistan polad üçün rüsumun artırılmasını təklif edir və s.
Fevralın 10-da AB nümayəndə heyəti Moskvada Rusiya tərəfindən rüsumun tətbiq edilməsi məsələsini qaldırmaq niyyətindədir. Rusiya noyabr ayından idxal mallarına tariflərin tətbiqi və öz ixracının subsidiyalaşdırılması ilə bağlı 28 müxtəlif tədbir tətbiq edib və daha 6-nı hazırlayır.
1930-cu ildə baş vermiş böhran dalğasında ABŞ bütün idxala 20%-lik rüsum tətbiq edib ki, bu da bütün dünya üzrə silsilə ticarət müharibələrinə gətirib çıxarıb və tarixçilərin fikrincə, Böyük depressiyanın uzun çəkməsinin səbəblərindən biri olub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət