ABŞ-ın yeni vitse-prezidenti Co Bayden Münhendə təhlükəsizlik konfransındakı çıxışında “qanunsuz” nüvə proqramının reallaşmasından əl çəkərsə, İrana böyük stimul vəd edib. Bu barədə Britaniyanın BCC telekorporasiyası məlumat yayıb.
C.Bayden deyib ki, Vaşinqton Tehranla danışıqlar aparmaq əhval-ruhiyyəsindədir. Lakin İran öz nüvə proqramından əl çəkməsə, ABŞ İslam Respublikasını təzyiq və təcridə məruz qoymağa hazırdır. Amerikalı vitse-prezident qeyd edib ki, ABŞ-ın xarici siyasətində “yeni üslub” meydana gələcək. Onun sözlərinə görə, Vaşinqton öz müttəfiqlərinə daha çox qulaq asacaq, eyni zamanda da onlardan daha çox tələb edəcək.
Bundan əlavə, C.Bayden dünya liderlərinə - forum iştirakçılarına deyib ki, Kubada Quantanamo hərbi bazasında terrorizmdə şübhəli bilinənlər üçün həbsxananı bağlamaqdan ötrü Birləşmiş Ştatlara onların köməyi lazım olacaq. Vitse-prezident bildirib ki, ABŞ-ın müttəfiqləri dustaqlardan bəzilərini qəbul etməklə ekstremizmə qarşı mübarizəyə yardım göstərə bilərlər.
Yaxın Şərqdə vəziyyətə toxunan C.Bayden deyib ki, ABŞ İsraillə yanaşı müstəqil Fələstin dövlətinin yaradılmasına nail olmağı davam etdirəcək. “Biz bu məqsədə çatmaq, münaqişəni
qızışdıran ekstremistlərin üzərində qələbə çalmaq üçün işləyəcəyik”,-deyə o bəyan edib.
Bu, C.Baydenin Amerika administrasiyasının xarici siyasətinin yeni istiqamətlərinə dair ilk çıxışıdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət