Müxalifət xadimlərindən ibarət qrup “Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” təşviqat qruplarının referendum əleyhinə aksiya keçirməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Müsavat” partiyasının aparat rəhbəri Arif Hacılı çərşənbə axşamı məlumat verib.
«Birləşmiş müxalifət Bakı şəhər İcra Hakimiyyətinə fevralın 22-də şəhərin 4 mərkəzi meydanında, eləcə də prezidentin İcra Aparatı yaxınlığında aksiya keçirməklə bağlı müraciət təqdim edib»,- deyə o bildirib.
“Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” təşviqat qrupları “Azadlıq” blokuna daxil olan müxalifət partiyaları, “Müsavat”, Demokrat Partiyası, “Ümid” partiyası, “Azərbaycan naminə” İctimai Forumu, eləcə də bir sıra qeyri-hökumət təşkilatları tərəfindən Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinə qarşı yaradılıb.
Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi üzrə referendum martın 18-də keçiriləcək. Əsas dəyişikliklərdən biri bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran bəndin ləğv edilməsi ilə bağlıdır.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət