Azərbaycanın milli təhlükəsizlik orqanları respublikanın siyasi-iqtisadi maraqlarının təmin olunmasında, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə mühüm nailiyyətlər əldə edib. Bu barədə prezident İlham Əliyevin milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illik yubileyi münasibətilə milli təhlükəsizlik orqanlarının əməkdaşlarına və veteranlarına təbrik məktubunda deyilir. “Bu gün təhlükəsizlik orqanları Azərbaycanın siyasi-iqtisadi maraqlarının təmin olunmasında, konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və digər sahələrdə mühüm nailiyyətlər əldə edib. Xarici xüsusi xidmət orqanlarının və ayrı-ayrı şəxslərin Azərbaycanın həyati maraqlarına qarşı yönəlmiş destruktiv fəaliyyətinin qarşısının alınması, ölkəmizin daxili və xarici siyasətini həyata keçirmək üçün əlverişli şərait yaradılması məqsədi ilə təhlükəsizlik orqanlarının gördükləri tədbirlər, qlobal informasiya məkanında erməni təcavüzünə qarşı apardıqları işlər, terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə daha səmərəli və sistemli xarakter alıb”,-deyə təbrik məktubunda bildirilir. İ.Əliyev qeyd edir ki, qloballaşma proseslərinin ümumi sülh və təhlükəsizlik üçün doğurduğu təhlükələr milli təhlükəsizlik orqanları qarşısında Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, onun təhlükəsizliyini və demokratik sabitliyi təmin etmək, terrorçuluğa, dini ekstremizmə və separatçılığa qarşı mübarizə sahəsində fəaliyyəti daha səmərəli şəkildə təşkil etmək kimi mühüm vəzifələr qoyur. “XXI əsrin çağırışlarına vaxtında və effektiv cavab vermək məqsədi ilə Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının müasirləşdirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, onların peşəkarlığının artırılması üçün xeyli iş görülüb və dövlətin xüsusi xidmət orqanlarına qayğısı bundan sonra da davam edəcək. Bu isə öz növbəsində milli təhlükəsizlik orqanlarının məsuliyyətini daha da artırır”,-deyə müraciətdə vurğulanır. Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi münasibətilə İ.Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarını orden və medallarla təltif edib, həmçinin onlara ali hərbi rütbələr verib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət