Beynəlxalq Valyuta Fondu (BVF) “böyük iyirmiliyin” London görüşündə maliyyə böhranı ilə mübarizə üçün $1 trln. ayıra bilər. Bunu jurnalistlərə Rusiya Federasiyası prezidentinin köməkçisi Arkadi Dvorkoviç bildirib. "Müzakirə olunan məbləğ $500 mlrd-dan $1 trilyona qədərdir", - deyə o məlumat verib və qeyd edib ki, 500 mlrd. dollar BVF-nin ayıra biləcəyi minimal məbləğdir.
Rusiya prezidentinin köməkçisi qeyd edib ki, Rusiya BVF-də islahatların aparılmasının zəruriliyinin tərəfdarıdır. "Beynəlxalq maliyyə təşkilatlarında islahatların aparılması ilə bağlı ciddi müzakirələr gedir. Hələ ki, bizim bir sıra tərəfdaşlarımızın ayırdıqları vəsaitlərin həcmini artırmaq niyyətləri var," – deyə A.Dvorkoviç bildirib. "Hesab edirik ki, vəsait ayrılması islahatla bağlı olmalıdır və bu, ilk növbədə BVF-ə aiddir,” – deyə qeyd edib. Onun sözlərinə görə, Rusiya “bu gün vəsaitin artırılması ilə BVF-nin 2-3 il sonrakı islahatları arasında aydın bağlılığı” zəruri sayır. "Vacib deyil ki, islahatlar vəsaitlərin artırılmasını önləsin, lakin BVF-də islahatların aparılmasının müddətlər üzrə aydın öhdəlikləri və prinsipləri olmalıdır,” - deyən prezident köməkçisi əlavə edib ki, əgər bu gün vəsaitlər sərmayəyə çevrilsə, BVF-də islahat aparmaq üçün xüsusi maraq qalmaz. Bununla əlaqədar o qeyd edib ki, BVF-ə pul vəsaitlərini bazarda ticarəti aparıla bilən istiqrazlar alınması yolu ilə çatdırılması imkanı müzakirə edilir. Prezident köməkçisi deyib: "Onda islahatlardan imtina etməyə səbəb olmaz.”
Beynəlxalq valyuta sistemində islahatların prioritet istiqamətləri haqda fikir yürüdən A.Dvorkoviç qeyd edib ki, “böyük iyirmiliyin” sammitində BVF-nin istifadə etdiyi pul hesab vahidi (SDV, xüsusi borcalma hüququ) zənbilinin genişləndirilməsi məsələsi müzakirə olunacaq. Hazırda SDV özündə dollar, avro, funt və yapon ienini ehtiva edir. A.Dvorkoviçin fikrincə, "zənbilin rubl və yuan hesabına genişləndirilməsi məntiqli olardı”. Həmçinin, qızıldan daha səmərəli istifadə ilə bağlı variantlar müzakirə ediləcək. "Qızıl qlobal valyuta üçün təminatlardan biri, yaxud daha ciddi ekvivalent ola bilərdi. İqtisadi mühitdə qısıl standartından istifadə haqda müzakirələr gedir", - deyə prezident köməkçisi bildirib.
Rusiyanın hansı şəraitdə “iyirmiliyin” sammitindən razı qalacağı haqda suala caab verərkən prezident köməkçisi qeyd edib ki, əgər “maliyyə bazarlarının tənzimlənməsinə dair daha harmonik sistem haqda bizim ideyalarımız qəbul edilərsə, valyuta sistemi üzrə müzakirələr gedərsə və beynəlxalq maliyyə institutlarına pul vəsaitlərinin verilməsi ilə yanaşı, onlarda islahatların aparılması sərti qarşıya vəzifə qoyularsa, - əgər bütün bunlar qəbul edilsə və iqtisadiyyatların dirçəltdilməsi üçün əvvəllər formalaşdırılmış tədbirlər paketi yerinə yetirilərsə, biz onun yekunlarını uğurlu hesab edəcəyik.”
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət